Həqiqi dövlət ədliyyə müşaviri

Həqiqi dövlət ədliyyə müşaviri

Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilmiş "Ədliyyə işçilərinin rütbə dərəcələri" və "Prokurorluq orqanlarının işçilərinin fərqlənmə nişanları və xüsusi geyim formasının təsviri haqqında" qanunlara əsasən ƏdliyyəProkurorluq orqanları işçilərinə verilən ali xüsusi rütbədir.[1][2]

Həqiqi dövlət ədliyyə müşavirinin poqonunun üzərində 40 mm diametri olan qabarıq şəkilli qızılı rəngli lifdən Azərbaycan Respublikasının Dövlət gerbi, ondan aşağı hissədə diametri 40 mm olan qabarıq şəkilli səkkizguşəli ulduz hörülür. Poqonun aşağı kənarından ulduzun mərkəzinə qədər olan məsafə 45 mm, gerb ilə ulduzun mərkəzləri arasındakı məsafə isə 65 mm olur.

Poqonlar pencəyə, paltoya, plaşa və köynəyə bərkidilir. Həqiqi dövlət ədliyyə müşaviri poqonları mahud astar üzərində xüsusi toxunmuş gümüşü rəngli liflərdən hazırlanır.

Azərbaycan Respublikasının həqiqi dövlət ədliyyə müşavirləri

[redaktə | mənbəni redaktə et]
  1. 16 oktyabr 1992[3]İxtiyar Əlibala oğlu ŞirinovAzərbaycan Respublikasının Baş prokuroru (1992–1993). 14 sentyabr 1993-cü ildə məhrum edilib.[4]
  2. 9 noyabr 1993[5]Əli Ömər oğlu ÖmərovAzərbaycan Respublikasının Baş prokuroru (1993–1994).

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. "Prokurorluq orqanları işçilərinin fərqlənmə nişanları və xüsusi geyim forması haqqında Azərbaycan Respublikasının qanunu". e-qanun.az. 2024-02-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-19.
  2. ""Ədliyyə işçilərinin rütbə dərəcələri haqqında" Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanunu". e-qanun.az. 2024-02-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-19.
  3. "Azərbaycan Respublikasının Baş prokuroru İ. Ə. Şirinova həqiqi dövlət ədliyyə müşaviri rütbə dərəcəsi verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı". e-qanun.az. 2024-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-17.
  4. "İ. Ə. Şirinovun həqiqi dövlət ədliyyə müşaviri rütbəsindən məhrum edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı". e-qanun.az. 2022-11-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-17.
  5. "Ə. Ö. Ömərova həqiqi dövlət ədliyyə müşaviri rütbə dərəcəsi verilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarı". e-qanun.az. 2024-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-17.