Hərəkət - fəlsəfədə mühüm problemlərdən biri.
Dünyada hər şey daimi hərəkətdədir. Müxtəlif predmetlərdə molekulların hərəkəti baş verir. Canlı orqanizmlərdə fasiləsiz surətdə maddələr mübadiləsi gedir. Bundan əlavə, onlarda digər fizioloji proseslər də özünü göstərir. İlk nəzərdə hərəkətsiz kimi görünən ürək bir an dayanmır, damarlara qan vurur, hərəkət edir. Cəmiyyət həyatından da hərəkətə dair çoxlu misallar gətirmək olar. Belə ki, insanların əmək fəaliyyətində, siyasi həyatda və mədəniyyətdə daim müəyyən dəyişikliklər yaranır. Hətta insanın təfəkkürü də bir yerdə dayanmır. O fikirlərin hərəkəti deməkdir.
Deməli, dünyada hərəkətdən kənarda olan heç bir obyekt yoxdur. Buna görə də hərəkət son dərəcə müxtəlif və rəngarəng növlərdə təzahür edir. Sükunət kimi qəbul edilən mövcudatlar və hallar da əslində hərəkətdədir. Məsələn, evdə çarpayıda uzanmış adam hərəkətsiz görünə bilər. Əslində isə o, evlə birlikdə böyük sürətlə yer oxunun ətrafında fırlanır. Yer kürəsi də günəş ətrafında dövr etməkdədir.
Hərəkət təsadüfi baş vermir və yaxud da obyektlərə kənardan gətirilmir. O obyektiv xarakterə malikdir. Yəni predmetlərin daxili təbiətindədir. Çünki hər bir maddi obyekt onu təşkil edən elementlərin qarşılıqlı təsiri sayəsində mövcuddur. Məsələn, atomlar ona görə mövcud ola bilir ki, onların tərkibində nüvə və elektronlar qarşılıqlı təsirdədir. Canlı orqanizmlərin mövcudluğu onların molekulları, hüceyrələri və orqanlarının qarşılıqlı təsiri ilə bağlıdır. Cəmiyyət buna görə mövcud ola bilir ki, burada müxtəlif insan qrupları bir-birilə qarşılıqlı təsirdə fəaliyyət göstərirlər. Gətirilən misallar obyektlərin daxilində onu əhatə edən ünsürlər arasındakı qarşılıqlı təsiri ifadə edir. Bundan əlavə, hər bir obyekt xarici qarşılıqlı təsirdə də iştirak edir. Yəni o başqa obyekt ilə, habelə ətraf mühitlə qarşılıqlı təsirdə olur. Bu çoxtərəfli qarşılıqlı təsir gedişində əşya və proseslər daim dəyişikliklərə məruz qalır. Bütün bu dəyişikliklər isə maddi dünyanın, çox mühüm səciyyəsini təşkil edir. Deməli, dünyada universal xarakterli qarşılıqlı təsir fəaliyyət göstərir. Bu qarşılıqlı təsir hərəkət formasında üzə çıxır. Belə ki, o predmetlərin xassələri, münasibətləri və hallarının dəyişməsinə gətirib çıxarır. Fəlsəfədə bu dəyişikliklər geniş planda götürülür və hərəkət adlanır. Hərəkət materiyanın ayrılmaz keyfiyyətini təşkil edir.
Hərəkət materiyanın mövcudluq üsuludur. Bu o deməkdir ki, materiya hərəkətdən kənarda ola bilməz. Dünyadakı bütün obyektlər onlarda müəyyən hərəkət dəyişikliklərinin baş verməsi sayəsində mövcud olur. Hər hansı obyektin hərəkətinin məhv olması, onun fəaliyyətinin dayanması, yəni başqa obyektə çevrilməsi deməkdir. Öz növbəsində bu yeni yaranan obyektdə də müəyyən hərəkət dəyişiklikləri baş verir. Başqa sözlə deyilsə, hərəkət materiyaya daxilən xas olan atributiv (yəni ondan ayrılmaz) keyfiyyətdir. Materiyanın özü mütləq olduğu kimi, hərəkət də mütləq xarakter daşıyır.
Adi danışıqda hərəkət bəsit mənada başa düşülür. Belə təsəvvür olunur ki, bəzi cisimlər sükunət halında, digərləri isə hərəkətdədir. Nəticədə bu iki vəziyyət (hərəkət ilə sükunət) qarşı-qarşıya qoyulur və onların guya bərabər səviyyədə mövcud olducu fikri qərarlaşır. Əslində isə belə deyildir. Mexanikanın qanunları haqqında azacıq məlumatı olan hər bir adama aydındır ki, sükunət vəziyyəti yalnız müəyyən hesablama sisteminə nəzərən mövcud ola bilər. Məsələn, bizim yaşadıcımız bina Yerin səthinə münasibətdə sükunətdədir. Əslində isə o, Yer kürəsi ilə birlikdə Günəş ətrafına (yəni ona nəzərən) daim yerdəyişmədə (hərəkətdə) çıxış edir. Bundan əlavə bizim sükunət vəziyyətində hesab etdiyimiz ev Yer Kürəsi və Günəşlə birlikdə bizim qalaktikanın ətrafında hərəkət edir (yəni onun nüvəsinə nəzərən 250 km sürətlə dəyişilir). Nəhayət hərəkətsiz görünən ev, bizim qalaktika ilə birlikdə kainatın genişlənməsi nəticəsində digər qalaktikalardan uzaqlaşır. Beləliklə, bizim sükunətdə olducunu güman etdiyimiz bütün predmetlər əslində daim hərəkət edirlər. Sonra, biz müşahidə etdiyimiz hər hansı predmetin sükunət vəziyyətində olducunu söyləyərkən, qeyri-aşkar şəkildə olsa da, onun müəyyən məkan konfiqurasiyasını (yerləşməsini), öz strukturunu saxladıcını, daxili elementlərinin təşkili qaydasını təkrarladıcını nəzərdə tuturuq. Həqiqətdə isə məsələ tamamilə başqadır.
Məsələn, daş materialından tikilmiş möhkəm bina bizdə dəyişilməyən, sükunətdə olan təəssüratı yaradır. Lakin ona elektron mikroskop altında baxsaq (bu mikroskop, obyektin həcmini 200-300 milyon dəfə böyüdə bilir) onda məlum olur ki, onun qəti surətdə ayrılmış məkan hüdudları yoxdur. Çünki binanın ətraf hava ilə sərhəddə yerləşən daş səthinin molekulları daim bir-birilə qarşılıqlı təsirdə olur. Daha dəqiq desək, daşın səthində yerləşən molekullar ilə havanın molekulları bir-birinə nüfuz edir, qarşılıqlı surətdə biri digərinə keçir. Bundan əlavə, müasir fizika elmi sübut edir ki, sözügedən qarşılıqlı nüfuz etmə daha ilkin pillələrdə də (elektronlar, protonlar və nüvə daxili neytronlar və s.) özünü göstərir. Deməli, bizim sükunət vəziyyətində müşahidə etdiyimiz ev, daim hərəkətdədir, onun hissəcikləri ətraf havanın hissəcikləri ilə qarşılıqlı çevrilmə halında çıxış edir. Eyni vəziyyət bizi əhatə edən dünyadakı hər bir predmetdə baş verir. Hətta, insanın özündə də ruhun vəziyyəti (halı) daim dəyişilir, yəni, yeni duycular, yaşantılar, fikirlər yaranır. Bizim bədənimiz də fasiləsiz dəyişikliklər məkanıdır: müəyyən müddət keçdikdən sonra maddələr mübadiləsi nəticəsində bədənimizdəki molekullar öz tərkibini dəyişir. Deyilənlərlə əlaqədar olaraq amerikan filosofu S.Çeyzin obrazlı şəkildə ifadə etdiyi aşacıdakı fikir maraqlı görünür: mən çəməndə otlayan inəyi gördükdə bilməliyəm ki, o, heç də inək deyil, elektronların həddən artıq yüksək sürətlə baş verən rəqsidir. Bu metaforada (şişirdilmiş bənzətmədə) müəyyən həqiqət məqamı vardır. O, əyani surətdə hərəkətin daim baş verdiyini ifadə edir.
Adi danışıqda hərəkət dedikdə cisimlərin məkanda yerdəyişməsi nəzərdə tutulur. Bundan fərqli olaraq fəlsəfədə hərəkət anlayışı geniş məna daşıyır. Onun məzmununa dünyadakı ən kiçik obyektlərdən başlayaraq, ən böyük obyektlərə qədər hamısında baş verən dəyişikliklər daxil edilir. F.Engels özünün «Təbiətin dialektikası» əsərində hərəkətin bu anlamını belə ifadə etmişdir: «Sözün ən ümumi mənasında götürülən, yəni materiyanın mövcudluq üsulu və ona daxilən xas olan atribut mənasında anlaşılan hərəkət, kainatda baş verən bütün dəyişiklikləri – cisimlərin sadəcə məkanca yerdəyişməsindən başlayaraq təfəkkürdə baş verən dəyişikliklərə qədər hər şeyi əhatə edir». Hələ qədim fiosoflar dünyanı hərəkətdə görürdülər. Məsələn, Efesli Heraklitin irəli sürdüyü «hər şey axır, hər şey dəyişir» fikri bunu sübut edir. Demokrit göstərirdi ki, atomlar daim hərəkətdədir, Aristotel isə belə hesab edirdi ki, ümumi götürülən hərəkət ilə onun konkret növləri bir-birilə əlaqəlidir. O, həm də hərəkəti gerçək varlıq kimi təsəvvür edərək yazırdı: «mən hərəkt dedikdə, imkan şəklində olanın həyata keçirilməsini başa düşürəm».
Yeni dövr fəlsəfəsində hərəkətə materiyanın ən mühüm xassəsi kimi yanaşılırdı. Frensis Bekon yazırdı: «Bizə məlum olan cisimlərdə həqiqi sükunət yoxdur, onlar yalnız zahirən sükunətdə görünürlər». Bu dövrdə mexanika sürətlə inkişaf etdiyindən bütünlükdə hərəkət mexaniki hərəkətdən ibarət hesab olunurdu. Məsələn, Dekart materiya ilə hərəkəti ayrılmaz əlaqədə götürürdü. Lakin o, materiyanı müstəqil qaradıcı qüvvə kimi təsəvvür edirdi. Bütün hərəkəti mexaniki hərəkətə müncər edir və göstərirdi ki, yalnız o materiyanın həyatının ifadəsidir.
Materiyanın əzəldən fəal qüvvə olducu fikri də həmin dövrün məhsuludur. Onun banisi Con Toland ilk dəfə mistik (sehrli) ilkin təkan nəzəriyyəsini alt-üst etdi. Beləliklə də XVII əsr materializmində hərəkəti materiyanın ayrılmaz xassəsi kimi izah edən baxış yarandı. XVIII əsr fransız materialistləri (Lametri, Didro, Helvesti, Holbax) ilk dəfə belə bir fikir irəli sürdülər: materiya hərəkətsiz mövcud deyildir. Hərəkət materiyanın mövcudluq üsuludur.
Hərəkət haqqında təlimin inkişafında Georq Vilhelm Fridrix Hegel xüsusi yer tutur. O, öz sələflərinin hərəkəti metafiziki və mexaniki anlamasını aradan qaldırdı. Hegel həm də göstərdi ki, hərəkətin mənbəyini ziddiyyət təşkil edir. O, hərəkətin əsas qanunlarını kəşf etmişdir.
Hərəkət daxilən ziddiyyətlidir. O, dəyişkənlik ilə sabitliyin, mütəhərriklik ilə sükunətin ayrılmaz vəhdətidir. Belə ki, obyektlərin xassələri və münasibətlərinin dəyişilməsi gedişində bir tərəfdən hər bir sükunət, dayanıqlıq hərəkət vasitəsilə özünü göstərir. Dünyadakı hadisələrin sonsuz axınında hərəkət heç vaxt dayanmır. Bununla yanaşı, onların hər biri nisbi sükunətdədir. Çünki, obyektin necə dəyişilməsindən asılı olmayaraq müəyyən zaman intervalında o, öz mövcudlucunu və keyfiyyət müəyyənliyini sabit saxlayır.
Beləliklə, sükunət hərəkətin elə bir halını ifadə edir ki, bu hal predmetin dayanıqlıcının, onun keyfiyyətinin saxlanılmasını təmin edir. Buna görə də sükunət nisbidir, onu mütləqləşdirmək docru deyildir. Eynilə də dəyişkənliyi həddən artıq şişirtmək və mütləqləşdirmək yolverilməzdir. Sükunətə məhəl qoymamaq mütləq relyativizm (hər şeyi nisbi görmək deməkdir) adlanan səhvə gətirib çıxarır.
Hərəkət fasiləliklə fasiləsizliyin vəhdətidir. Hərəkətin bu xassəsi inkişaf anlayışında daha aydın görünür. Inkişaf irəli docru yönəlmiş, qarşısı alınmaz hərəkətdir. Onun daxilindəki momentlər bir-birilə ayrılmaz əlaqədədir. Hərəkət mövcudatların öz daxilində, onların dəyişilmə mənbəyi kimi çıxış edir.
Qeyl olunmalıdır ki, hər hansı bir əşyanın hərəkəti yalnız başqaları ilə münasibətdə özünü göstərir. Ayrıca bir əşyanın müstəqil hərəkət etdiyini söyləmək cəfəngiyyat olardı. Odur ki, müəyyən bir obyektin hərəkətini öyrənmək üçün onu mütləq başqası ilə münasibətdə götürmək lazımdır. Həmin başqa obyekt çıxış nöqtəsi rolunu oynayan hesablama sistemi adlanır.
Hərəkət ilə materiyanın ayrılmazlıcı ideyası heç də hamı tərəfindən birmənalı qəbul edilmir. Xüsusiən də XIX əsrin sonlarında radioaktivliyin kəşfi sayəsində məlum oldu ki, maddə parçalanarkən böyük miqdarda enerği alınır. Bunu əldə bayraq edən bəzi fiziklər göstərirdilər ki, materiya yox olur, təkcə enerği qalır. Materiyanın enerjiyə çevrildiyini iddia edənlər (bunlar energetizm tərəfdarları adlanır) Eynşteynin kəşf etdiyi kütlə ilə enerğinin ekvivalentliyi qanunundan (E = mc2) öz məqsədləri üçün istifadə etməyə çalışırdılar. Məsələn, energetizm banisi, XIX əsrdə yaşamış alman təbiətşünası Vilhelm Ostvald yalnız enerğinin mövcud olducunu göstərərək yazırdı: «Cənablar, sizi bir dəyənək ilə vurduqda nəyi hiss edirsiniz – dəyənəyi, yoxsa enerjini? Yalnız enerjini hiss edirsiniz». Onun fikrincə insanların materiya kimi qavradıqları əslində enerjidir. Beləliklə də o, enerjini mütləqləşdirirdi. Əlbəttə, enerği maddi obyektlərin qarşılıqlı təsirinin dərəcəsini müəyyən etməkdə mühüm rol oynayır.
Əsas diqqət onların enerği tərəfinə yönəldilir. Belə mücərrədləşdirmə təbii və faydalıdır. Məsələn, elementar hissəciklərin real strukturu məlum olmadıcı dövrdə onların qarşılıqlı çevrilməsi prosesləri yalnız enerği mövqeyindən təsvir olunurdu. Lakin bunu mütləqləşdirmək olmaz. Əks halda bu proseslərdə sabit kəmiyyət kim qalan enerği substansiya kimi qələmə verilə bilir. Guya bu məhvolunmayan, sabit substansiya maddi elementar hissəciklərin törədicisidir. Göstərilən vəziyyət daha çox fotonlarla (işıq hissəcikləri) baclıdır. Belə təsəvvür olunurdu ki, guya fotonlar xalis enerğidən ibarətdir. Lakin tezliklə məlum oldu ki, fotonlar kiçicik materiya hissəcikləridir. Onların təkcə enerğisi deyil, həm də kütləsi vardır.
Eynşteynin yuxarıda adı çəkilən qanununa gəlincə göstərilməlidir ki, o kütlə ilə enerğinin ekvivalentliyini ifadə edir: enerği (E), kütlə (m) ilə işıq sürətinin (s) kvadratının hasilinə bərabərdir. Bu qanun göstərir ki, hər bir maddi obyekt müəyyən kütləyə və ona uycun enerğiyə malikdir. Onun kütləsi artdıqca, enerğisi də çoxalır və əksinə. Həm də nəzərdə tutulmalıdır ki, kütlə hələ materiya demək deyildir. O, materiyanın xassələrindən biridir. Buna görə də materiya öz xassələrindən birinə çevrilə bilməz. Kütlə materiyanın ətalət və qravitasiya (acırlıq deməkdir) xassələrini ifadə edir. Enerği isə hərəkət ölçüsü deməkdir.
Energetizm müəyyən qədər modernizə olunmuş halda neoenergetizm şəklində bizim dövrümüzdə də özünü göstərməkdə davam edir. Docrudur, onun tərəfdarları indi Ostvald kimi materiyanı açıqdan açıca enerğiyə müncər etmirlər. Onların fikrincə, müəyyən şəraitlərdə materiya guya tamamilə enerğiyə və əksinə enerği materiyaya çevrilə bilər. Onlar da Eynşteynin E=ms2 düsturunu materiyanın enerğiyə çevrilməsi ruhunda təfsir edirlər. Əslində isə yuxarıda deyildiyi kimi, bu düstürda söhbət kütlə ilə enerğinin funksional asılılıcından gedir. Burada materiya anlayışı heç yerli-dibli yoxdur. Neoenergetizmin tərəfdarları cüt elektronların, pozitronlara – kvant qammalarına və əksinə baş verən çevrilməsini materiyanın xalis enerğiyə çevrilməsi kimi qələmə verirlər. Məsələn, V.Heyzenberq göstərir ki, elementar hissəciklər forması almaqla enerği, maddəyə çevrilə bilir. Odur ki, müxtəlif elementar hissəciklərə fundamental substansiyanın müxtəlif mövcudluq formaları kimi, yəni materiya və ya enerği kimi baxmaq olar.
Ostvaldın müasir davamçıları elektron-pozitron annihilyasiyası əsasında materiyanın enerğiyə çevriməsini sübut etməyə cəhd göstərirlər. Müasir fizikanın başqa kəşflərini də (kütlənin defektası anlayışı, kütlə və enerğinin ekvivalentliyi qanunu və s.) öz mövqelərinə uycun şərh etməyə çalışırlar. Müasir elm bu qəbildən olan baxışların yanlış olducunu sübut edir.
Hərəkət yaradılmır. O, həm də məhvedilən deyildir. O, yalnız bir formadan digərinə çevrilə bilir. Həm də bu çevrilmə zamanı kütlənin və enerğinin (impulsun və mikro hissəciklərin digər xassələrinin) saxlanması qanunları tam fəaliyyət göstərir. Metafizik materializm materiyanı hərəkətdən ayırmağa çalışır. O, materiyanı passiv şəkildə qələmə verir. Onu öz daxili hərəkət mənbəyindən kənarda götürür. Nəticədə onun bir çox tərəfdarları dünyanı və təbiəti izah edərkən fövqəltəbii ilahi qüvvələrin köməyinə müraciət etməli olurlar.
Yuxarıda deyildiyi kimi, hərəkət son dərəcə müxtəlif və mürəkkəb dəyişiklikləri əhatə edir. Onun iki əsas tipi vardır. Hərəkətin birinci tipi predmetin öz daxilində gedən dəyişiklikləri ifadə edir. Bu nə deməkdir? Məsələ bundadır ki, adi danışıqda biz dünyadakı obyektləri bir-birindəyn ayrı, lakin qarşılıqlı təsirdə olan predmetlər kimi təsəvvür edirik. Bundan fərqli olaraq fəlsəfə göstərir ki, hər bir predmetin özü proses kimi çıxış edir. Belə ki, stol, stul, otaq və sair sadə əşyalar da fəlsəfi təhlil baxımından proses deməkdir. Çünki, onların hər birində daim dəyişikliklər baş verir. Bu mənada obyektlər fasiləsiz hərəkətdədir. Lakin bu fakt onların müəyyən nisbi sabitlikdə olducunu istisna etmir. Əks halda heç bir əşyanın keyfiyyəti, sabit xassələri haqqında fikir yürütmək olmazdı. Başqa sözlə, obyektlərin birini digərindən fərqləndirmək qeyri-mümkün olardı. Deməli, hərəkətin birinci tipi obyektlərdə onların keyfiyyətinə toxunmayan, onların təbiətini və müəyyənliyini pozmayan dəyişiklikləri əhatə edir (onlar bir növ gizli baş verir və o qədər də nəzərə çarpmır).
Hərəkətin ikinci tipi elə dəyişiklikləri ifadə edir ki, onlar predmetin keyfiyyətinin təzələnməsinə, yenisi ilə əvəz olunmasına gətirib çıxarır. Bu proses ya sözügedən predmetin parçalanaraq məhv olması (öz keyfiyyətini itirərək bu yolla yeni keyfiyyət əldə etməsi) kimi, ya da onun inkişaf edərək daha mürəkkəb obyektə çevrilməsi kimi özünü göstərir. Əgər predmetlər daim hərəkətdədirlərsə, onların sabitliyi, öz-özü ilə eyniyyət təşkil etməsi haqqında danışmaq olarmı? Bu suala cavab axtarışları hələ antik fəlsəfi təlimlərdən başlamışdır. Məsələn, Heraklit göstərirdi ki, axan bir çaya iki dəfə girmək olmaz, çünki çaya hər daxil olan halda yeni su axını baş verir. Həmin dövrün digər bir filosofu – Kratil əşya və predmetlərin dəyişkənliyini daha da şişirdərək qeyd edirdi ki, axan çaya hətta bir dəfə də girmək olmaz, çünki biz çaya girməyi fikirləşdiyimiz anla, həmin niyyətin həyata keçirilməsi arasındakı müddətdə çayın su axını dəyişilir. O, hətta göstərirdi ki, əşyaların dəyişkən xarakterdə olması, onları adlandırmacı belə qeyri-mümkün edir, çünki həmin adlandırılma məqamında artıq predmet başqa cür olur. Buna görə də Kratil iddia edirdi ki, hər hansı əşyanı digərlərindən ayırmaq, onu yalnız barmaqla göstərmək yolu ilə mümkündür.
Bu qəbildən olan yanaşmalar ifrata varır, obyektlərin dəyişkən olducunu həddən artıq şişirdir və mütləqiləşdirirlər. Nəticədə belə bir səhv təsəvvür yaranır ki, guya predmetlərin sükunət vəziyyəti, keyfiyyət müəyyənliyi və sabitliyi yoxdur. Relyativizm (nisbi tərəfin rolunun şişirdilməsi) adlanan bu mövqe öz başlancıcını fəlsəfədən götürsə də, XX əsrin bəzi fəlsəfi təlimlərində yenidən təkrarlanır. Obyektin anlaşılmasında relyatizm bu dövrün semantik fəlsəfəsində əsas prinsip kimi irəli sürülür. Semantik təlimin tanınmış nümayəndəsi olan yuxarıda adını çəkdiyimiz S.Çeyz iddia edir ki, heç bir predmet heç vaxt öz-özünə eyni olmur. Buna görə də qeyri-eyniyyət prinsipi əsas götürülməlidir. Buradan da belə nəticə çıxarılır ki, fərdi obyektləri söz ilə ifadə etmək qeyri-mümkündür.
Yuxarıda deyildiyi kimi, analoği mühakimələr əsassızdır. Onların başlıca nöqsanını predmetlərin həm əşya və həm də proses olmasının inkarı, onların sabit və dəyişkən tərəflərinin bir-birinə qarşı qoyulması təşkil edir. Dogrudur, adi halda insanın təfəkkürü bir qayda olaraq gerçəklikdəki əşyaları və prosesləri bir-birindən kəskin həddlərlə ayrılmış halda götürür. Belə təsəvvür yaranır ki, onlar bir-birilə sadəcə qarşılıqlı təsirdə çıxış edən tərəflərdir. Bundan fərqli olaraq, fəlsəfi təhlil elmi məlumatlara arxalanmaqla, hər bir əşyanın eyni zamanda proses olducu fikrini irəli sürür və sübut edir. Hətta ən sadə predmetlərin (stol, stul, ev və sair) öz keyfiyyətini saxlamasından və öz-özü ilə eyniyət təşkil etməsindən söhbət getdikdə belə, unutmamalıyıq ki, onlar çoxtərəfli dəyişikliklərə məruz qalmış proseslər kimi çıxış edir. Belə ki, sözügedən stolun yaradıldıcı acac molekulunun nüvəsinə münasibətdə onun elektronlarının vəziyyəti, habelə onun nüvəsində proton və neytronların vəziyyəti özü-özü ilə eyniyyətdə deyildir. Hətta stolu Günəş şüaları işıq-landırdıqda, onda müəyyən dəyişikliklər baş verir: stolun səthinə düşən fotonlar elektronları sıxışdırıb çıxardır (bu foto effekt hadisəsi adlanır). Bununla birlikdə həmin qəbildən olan dəyişikliklər halında da stolda müəyyən əlamətlər qorunub saxlanılır və yenidən yaradılır. Buna əsasən biz müəyyən bir predmet (bu anda stol), onun başqalarından fərqi haqqında danışa bilirik. Öz gündəlik təcrübəmizdə biz bu proseslərlə tez-tez rastlaşırıq. Məsələn, istehsalın inkişafı gedişində insanlar müəyyən təbiət materiallarını digərləri ilə sintez etmək yolu ilə daha mürəkkəb sistemlər (obyektlər) yaratmacı öyrənirlər. Bizim dünya ilə praktiki qarşılıqlı təsir daxilində bizdən asılı olmayan təbiət proseslərinin baş verdiyini görmək olar. Məsələn, burada bəzi proseslər keyfiyyət dəyişikliklərinə ucrayır, nəticədə predmetlərin mürəkkəb-ləşməsi, sadə obyektlərdən yeni, daha mürəkkəb obyektlərin yaranması baş verir. Predmetlərdə keyfiyyət dəyişiklikləri ilə əlaqəli olan proseslər inkişaf anlayışı ilə səciyyələnir. bu prosesdə əvvəlki keyfiyyət halında gizli və inkişaf etməmiş olan potensial imkanlar, sanki genişlənir və inkişaf edir. Qeyd edək ki, «inkişaf» mövzusunu biz gələcək dərslərdə geniş şəkildə öyrənəcəyik. Buna görə də burada inkişaf prosesinin iki növünün olducunu göstərməklə kifayətlənəcəyik.
Onlardan birincisi materiyanın müvafiq növü çərçivəsindən, onun müəyyən təşkili səviyyəsindən kənara çıxmayan keyfiyyət çevrilmələri prosesini ifadə edir. Ikinci isə materiyanın bir səviyyəsindən digər səviyyəsinə keçid proseslərində əhatə olunur. Birinci növə ən gözəl nümunə kimi ulduzların təkamülü prosesini göstərmək olar. Müasir fizika və astrofizika elmləri baxımından yanaşdıqda, hər bir ulduz, o cümlədən də Günəş öz təkamülündə bir neçə mərhələdən keçir. Həmin pillələrin xarakteri, ulduzun başlancıc vəziyyətindən və kütləsindən asılı olur. Günəş, öz səthində 6 min dərəcə C istiliyə malik sarı ulduzların spektral sinfinə aid edilir. Onun mərkəzində istilik bir neçə milyon dərəcə və təzyiq isə milyon atmosferlə ölçülür. Bu şəraitdə istilik nüvə sintezi prosesləri baş verir ki, onun gedişində hidrogen heliuma çevrilir. Günəşin mərkəzindən şüalanan enerği, bu sintezin nəticəsidir. Artıq 5 milyard ildən çoxdur ki, Günəş bu minvalla «yaşayır» və təxminən 10 milyard il bundan sonra da fəaliyyət göstərəcəkdir. Bu müddət ərzində onun mərkəzində hidrogen tədricən yanacaq və nüvədə helium toplanacaqdır. Sonra isə Günəşin mərkəzi sahəsinin sıxılması baş verəcək, təzyiq və temperatur kəskin surətdə artacaqdır, nəticədə nüvə reaksiyalarının yeni tipinin (heliumun karbona çevrilməsi) baş verməsi mümkün olacaqdır. Həmin məqamda Günəşin təkindən şüalanmanın əhəmiyyətli dərəcədə çoxalması, sanki onun qabını əyəcək və Günəş şişərək öz səthində 3-4 min dərəcə istiliyə malik olan və həcm ölçülərinə görə isə Yerdən Günəşə qədər olan məsafədən də çox olan qırmızı nəhəngə çevriləcəkdir. Müəyyən zaman keçdikdən sonra hidrogen təbəqənin tullanılması və soyuması baş verəcəkdir. Elə bir qaz toz dumanlıcı yaranacaqdır ki, onun mərkəzində o qədər də böyük olmayan yüksək sıxlıca malik ulduz – səthində 10 min dərəcə istiliyə malik olan – ac karlik (kiçik, xırda ölçülü deməkdir). Sonra isə o, tədricən soyuyaraq qırmızı karlikə, daha sonra isə «qara» karlikə çevriləcəkdir. Bu sonuncu vəziyyətdə o sıxlıcı suyun sıxlıcından milyon dəfələrlə çox olan və ölçüsünə görə Yer kürəsindən kiçik olan ölü soyuq ulduza çevriləcəkdir. Ulduzların əksəriyyəti yuxarıda qeyd olunan çevrilmələr zənciri prosesini keçirir. Özü də əgər ulduzun başlancıcdakı kütləsi Günəşdə olducundan xeyli miqdarda çoxdursa, onda o öz təkamülünü ən yüksək partlayış və müəyyən qalıcın qalması ilə başa vura bilir. Bu qalıqdakı maddənin böyük sıxlıca malik olması cazibə sahəsinin kəskin surətdə artması ilə nəticələnir.
Ulduzlarda baş verən rəngarəng çevrilmə prosesləri cansız təbiətdə materiya təşkilinin artıq formalaşmış olan çərçivəsi daxilində inkişafa aydın nümunədir.
Yuxarıda qeyd olunan birinci növ inkişafa aid materiyanın bioloği formasından da misallar gətirmək olar. Məsələn, yeni heyvan növləri bitki orqanizmlərinin formalaşması, ayrı-ayrı orqanizmlərin ardıcıl inkişaf mərhələlərindən keçməsi və s. bu qəbildəndir. Ictimai həyatda belə inkişaf nö-vünə nümunə kimi ictimai-iqtisadi formasiyaların bir-birini əvəz etməsini, habelə formasiyanın öz daxilində keyfiyyətcə spesifik bir mərhələdən digərinə keçidi göstərmək olar.
Materiya inkişafının ikinci növü elə keyfiyyət vəziyyətlərinin dəyişilməsini ifadə edir ki, burada materiya təşkilinin bir səviyyəsindən digərinə keçid baş verir. Buna misal kimi elementar hissəciklərdən atomların və molekulların əmələ gəlməsini, qeyri-üzvi təbiətdən bioloği aləmə keçidi, insan cəmiyyətinin təşəkkül tampası və formalaşması proseslərini göstərmək olar. Bütün bu hallarda materiya təşkili səviyyəsinin mürəkkəbləşməsi, bu təşkilin yeni səviyyələrinin yaranması və yeni materiya növlərinin meydana gəlməsi özünü göstərir.
Hərəkətin müxtəlif formaları vardır. Hərəkət forması dedikdə maddi obyektlərin eyni tipli fəaliyyət qanunlarına və təşkil qaydalarına malik olan növü başa düşülür. Hərəkət formalarının müxtəlifliyi materiyanın ayrı-ayrı struktur səviyyələrdən təşkil olunması ilə izah edilir.
XIX əsrin 70-ci illərində alman filosofu Fridrix Engels materiyanın beş hərəkət formasını göstərmişdi: mexaniki, fiziki, kimyəvi, bioloji və sosial formalar.
Engelsin təsnifatı aşacıdakı prinsiplərə əsaslanır:
Birinci hər bir hərəkət formasının özünəməxsus maddi daşıyıcısı vardır. Məsələn, mexaniki hərəkətdə olan daşıyıcı makrocisimlər, fiziki hərəkətdə – molekullar, kimyəvi hərəkətdə – atomlar, bioloği hərəkətdə – canlı sistemlər, sosial hərəkətdə isə – ictimai orqanizmdir.
Ikinci, hərəkət formaları sadədən mürəkkəbə doğru düzülmüşdür.
Üçüncü, hərəkət formaları müəyyənləşdirilərkən genetik (mənşə, yaranma deməkdir) prinsipə əməl edilmişdir. Yeni hər bir növbəti formanın ona qədərki forma ilə genetik əlaqəsi göstərilmişdir.
Hərəkətin yuxarıda göstərilən formaları bir-birilə sıx əlaqədardır. Bu özünü birinci növbədə onda göstərir ki, hər bir yüksək hərəkət forması özündən əvvəlki formanı da əhatə edir. Lakin aşacı forma yuxarı formaya tabe vəziyyətdə olur. Məsələn, bioloği hərəkət formasında ondan aşacı formalar (kimyəvi, fiziki və mexaniki) müəyyən dərəcədə iştirak edirlər. Lakin bioloği formada əsas yeri məhz bioloği qanunauycunluqlar tutur. Aşacı hərəkət formaları yalnız yardımçı rol oynayırlar.
Hərəkət formaları bir-birindən ayrılmazdır. Lakin onların hər birinin keyfiyyət spesifikliyi vardır. Bu cəhətə məhəl qoymamaq reduksionizm adlanan səhv ilə nəticələnir. Göstərilən səhv hərəkətin yüksək formasnı ondan aşacı formaya müncər edir. Bunun aydın nümunəsini mexanisizmin timsalında görmək olar. Onun nümayəndələri bioloği həyatı izah edərkən, ondan aşacıda duran mexaniki və fiziki-kimyəvi qanunlardan çıxış edirdilər. Buna bənzər səhvə XIX əsrin II yarısında geniş yayılmış olan sosial-darvinizm adlanan təlim də yol verirdi. Belə ki, onun tərəfdarları sosial hərəkət formasının spesifikliyini nəzərə almırdı. İctimai həyatı ondan aşacıda duran bioloği hərəkət formasının qanunları əsasında izah edirdilər.
Engelsin təsnifatındakı hərəkət formaları üç bloka ayrılır: cansız təbiət, üzvi aləm və cəmiyyət. Birincidə əsas yeri fiziki və kimyəvi formalar, ikincidə bioloği hərəkət tutur. Üçüncü növ hərəkət isə sosial qanunlara tabedir. Bu üç forma materiyanın inkişafının üç başlıca mərhələsinə və buna uycun formalaşan üç əsas sferaya müvafiq gəlir.
Engels tərəfindən hərəkət formalarının təsnifatının verildiyi dövrdən xeyli müddət keçmişdir. Bu müddət ərzində elm əhəmiyyətli dərəcədə inkişaf etmişidr. Bununla əlaqədar materiyanın hərəkət formaları haqqında təsəvvürlər də ciddi surətdə dəyişilmiş və təlkmilləşmişdir. Lakin hərəkət formalarının ənənəvi təsnifatı bu gün də öz əhəmiyyətini itirməmişdir. Bu təsnifat mühüm dünyagörüşü və metodoloği əhəmiyyətə malikdir. Belə ki, dünyanın bitkin elmi mənzərəsinin yaradılmasına və elmi biliklərin sahələrə ayrılması işinə kömək edir. Bununla yanaşı həmin beş formanın irəli sürüldüyü dövrdən keçən müddət ərzində təbiətşünaslıq elmlərində əldə edilmiş böyük nailiyyətlər hərəkətin formalarını daha da dəqiqləşdirməyə imkan verir. Məsələn, XIX əsrin sonlarından başlayaran yeni hərəkət formaları kəşf olunmaqdadır. Bunlardan mikroaləmdəki hərəkəti, meqaaləmdə hərəkəti və geoloği hərəkət formasını göstərmək olar. Birinci forma elementar hissəciklər dünyası ilə baclıdır. Hərəkətin meqaaləm (meqa – böyük deməkdir) forması kainatın bizdən çox-çox uzaqlarda yerləşən nəhəng obyektlərini əhatə edir. Bunlar özünəməxsus xarakter daşıyır. Onlarda klassik mexanikanın cazibə qanunu demək olar ki, fəaliyyət göstərmir. Nəhayət, geoloği hərəkət forması aşkar etdi ki, Yer daxilində gedən proseslər çox spesifikdir. Onlar xalis mexaniki, fiziki və kimyəvi qanunların çərçivəsinə sıcışmır. Belə ki, kimyəvi qanunlar yer qabıcı, (litosfera) səviyyəsində fəaliyyət göstərir. Ondan dərin səviyyələrdə isə atomların sıxılması və deformasiyası baş verir, yaxud yerin nüvəsində kimyəvi xassələr öz qüvvəsini itirir, kimyəvi reaksiyalar baş verə bilmir.
XX əsrdə elmdə elementar hissəciklərin çevrilməsi, subelementar səviyyədə gedən qarşılıqlı təsir ilə yanaşı, Meqaaləmdə aşkar olunan yeniliklər – qalaktikaların qarşılıqlı təsiri və Metaqalaktikanın genişlənməsi kimi böyük kəşflər edilmişdir. Müasir dövrdə fiziki və kimyəvi hərəkət formalarının münasibətində də yeniliklər baş verir. Belə ki, kimyəvi hərəkət forması bir tərəfdən mikroaləmdəki qarşılıqlı təsirdən yaranır. Digər tərəfdən o, molekulyar – fiziki hərəkətin yaranmasının mühüm şərti kimi çıxış edir. Beləliklə də mikroaləm fizikasından makrofiziki proseslərə keçidi təmin edir.
Hazırda mexaniki və fiziki hərəkət formalarının nisbəti də yeni tərzdə çıxış edir. XIX əsrdə belə hesab olunurdu ki, hər cür fiziki hərəkət (elektromaqnetizm, istilik) efirin, atomun və molekulların mexaniki hərəkətinin nəticəsidir. Buna görə də mexaniki proseslər fiziki hərəkətin genetik əsası hesab olunurdu. XX əsrdə elmin inkişafı bu təsəvvürləri bir kənara atdı. Məlum oldu ki, mexaniki hərəkətin özü elementar hissəciklərin qarşılıqlı çevrilməsi, güclü, zəif, elektromaqnit və qravitasiya qarşılıqlı təsirinin nəticəsidir. Mexaniki hərəkət materiyanın ayrıca götürülmüş müəyyən bir struktur səviyyəsi ilə məhdudlaşmır. O, daha çox bir neçə səviyyənin qarşılıqlı səpkisi kimi çıxış edir.
Müasir elm bioloği hərəkət sahəsində də irəliləyişlər yaradır. Belə ki, canlı həyatın ilkin səviyyəsi haqqında təsəvvürlər dəqiqləşdi (zülalar ilə yanaşı DNT və RNT turşularının kəşfi).
Heç şübhəsiz ki, elmin gələcək inkişafı materiyanın yeni-yeni hərəkət formalarını aşkar edəcəkdir. Nəticədə hərəkət formaları haqqında indiki təsəvvürlər daha da dəqiqləşəcəkdir.
Hərəkət formalarının qarşılıqlı əlaqəsi haqqında müasir elmi məlumatlar onların kainatda təkamülünün ümumi mənzərəsini aşkar etməyə imkan verir. Belə ki, inkişaf edən Kainatın hər bir yeni səviyyəsinə uycun olaraq hərəkətin yeni forması yaranır. Başqa sözlə kimyəvi və fiziki hərəkət formaları onun nisbətən ilk dövrlərində meydana r. Eynilə də sosial hərəkət forması böyük bir təkamülün nəticəsidir.