Hərb sənəti

"Müharibə sənəti", "Hərb sənəti", "Savaş sənəti" (çin. 孫子兵法) — Çin hərb nəzəriyyəçisi və strateqi Sun Dzı (E.ə. 544 — E.ə. 496) tərəfindən yazılmış traktat. "Müharibə sənəti" hərbi strategiyaya və siyasətə aid məlum olan qədim çin traktatları arasında ən qədimisidir. Əsər on üç fəsildən ibarətdir.

Müharibə sənəti
çin. 孫子兵法
Müəllif Sun Dzı
Janrlar iqtisadiyyat[1], traktat
Orijinalın dili Çin dili
Ölkə Çin
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ənənəvi olaraq kitabın əfsanəvi sərkərdə və strateq Sun Dzı tərəfindən yazıldığı iddia edilir. Buna görə də tartktatın uzun müddət E.ə. VI əsrin axırı — E.ə. V əsrin əvvələrində yazıldığı güman edilirdi (E.ə. 514–495, güman ki, E.ə. 510). Ancaq 1972-ci ildə Han sülaləsi (E.ə. 206–220) dövrünə aid olan məzarda aşkar olunmuş Sun Dzının yeni geniş variantı onun yaranmasını e.ə. V əsrin ikinci yarısına aid edir. Buna baxmayaraq son 30 il ərzində həm çin həm də qərb alimlərinin apardığı tədqiqatlar onu göstərir ki, traktat E.ə. IV əsrdə Dzi dövlətində yaşamış Sun Bin adlı bir sərkərdə tərəfindən tərtib edildiyini göstərir.[2]

Əsas anlayışı

[redaktə | mənbəni redaktə et]

Konfüçyüsçü təməllərinə əsaslanan Sun Dzinin bu əsəri ızündə beş başlıca prinsipi birləşdirir. Əsərdə müharibə (bin) bir tərəfdən "böyük dövlət işi", "həyat və ölüm mənbəyi, mövcud və məhv olmaq yolu (dao)" kimi, digər tərəfdən isə "xəyanət yolu" kimi qiymətləndirilir.

  • "yollar" (xalq birliyi və başçı)
  • "səma" (uyğun zaman)
  • "torpaq" (uyğun məkan)
  • "sərkərdə" (etibarlılığı (sin) və insanliğı (jen) xarakterizə edən düzgün və adil idarə)
  • "qanun" (təşkilatçılıq və nizam-intizam)

Bu beş prinsip yeddi elementdən ibarətdir:

  • hökmdar olmaq bacarığı
  • sərkərdəlik bacarığı
  • göyün və yerin xüsusiyyətlərini anlamaq bacarığı
  • ganun və əmrlərin əsaslandırmaq bacarığı
  • ordunun gücü
  • əsgər və komandirlərin təlim mə hazırlığı
  • aydın şəkildə mükafat və cəza Sun Dzinə görə müharibə yaxud hərb diplomatiyadan və səfərbərlikdən tutmuş xəfiyyəçiliyə qədər bir tam üzvi orqanizmdir. Unutmaq lazım deyil ki, müharibənin nəticəsi heç də xalqı firavan və hökmdara sədaqətli etmiş olsun. Digər məmləkətləri və dövlətləri diplamatik siyasətlə, hərbsiz özünə tabe etdirmək əsl ideal qələbə sayılır. Buna görə düşmənin ittifaqını pozmaq və strategiyasını sındırmaq üçün aktiv və düzgün diplamatik siyasət yeritmək lazımdır. Sun Dzi xüsusi olaraq vurğulayır ki, hərb bahalı yol olub, dövlətə ziyan və xalqa bədbəxtlik gətirən bir yoldur. Bu məqsədlə müharibə sürətli, effektli və mobil olmalıdır. Uzun müddətli müharibə xalqa qarşı qeyri insanilikdir. Sun Dzinin konsepsiyasının əsasında düşməni idarə etmək durur. Düşmənə kələk gələrək tələyə salmaq və onun hazırlıqlı qüvvələri ilə birbaşa toqquşmaqdan qaçınmaq lazımdır. Qüvvələrin, qeyri bərabər yerləşdirməklə strateji cəmləşməyə nail olmaq lazımdır.
  • Müharibə qanununa görə, birinci — uzunluq, ikinci — həcm, üçüncü — miqdar, dördüncü — çəki, beşinci — qələbədir. Ərazidən uzunluq, uzunluqdan həcm, həcmdən miqdar, miqdardan çəki, çəkidən isə qələbə doğulur.
  • Buna görə də qələbə əzimli ordu qəpikdən manat, məğlubiyyətə düçar ordu isə manatdan qəpik hesablamış olur.
  • Ordu su kimidir: su hündürlükdən qaçar və enişə axar;ordu sıxlıqdan qaçar və boşluğu vurar. Su yerindən asılı olaraq axar; ordu rəqibindən asılı olaraq zəfər çalar.
Fəsil Adı[3] Adı[4]
I İlkin hesablamalar Başlanğıc hesablamalar
II Müharibənin aparılması Müharibənin aparılması
III Strateji hücum Hücumun planlaşdırılması
IV Geyim Hərbi geyim
V Güc Strateji güc
VI Dolğunluq və boşluq Boşluq və dolğunluq
VII Müharibədə döyüş Müharibə döyüşü
VIII Doqquz dəyişikliklər Doqquz dəyişikliklər
IX Yürüş Ordunun manevr edilməsi
X Ərazinin şəkili Ərazinin şəkili
XI Doqquz ərazi Doqquz ərazi
XII Atəş hücumu Atəş hücumları
XIII Cəsuslardan istifadə etmə Cəsuslardan istifadə etmə

Fəsillərin qısa məzmunu

[redaktə | mənbəni redaktə et]

İlkin/başlıca hesablamalar beş əsas faktrdan (yol, ilin fəsli, məkan, rəhbərlik və idarəetmə) və yeddi elementdən ibarətdir. Bunlarda hərbin taleyini həll etmiş olurlar. Bütün bu faktor və elementlərin düzgün tətbiqi və istifadəsi qələbə şansını artırmış olur. Mətndə qeyd olunur ki, hərv zaxud müharibə dövlət üçün ciddi məsələdir və qezd olunan lazımları nəzərə almadan başlanılmamalıdır.

Müharibə ildrımsürətli aparılmalıdır. Hələ uzun-uzadı müharibə dövlətə xeyir gətirməyib.

Strateji hücum dedikdə rəqib ordusunu məhv etmək deyil əksinə ona yiyələnmək və fəth etmək nəzərdə tutulur. Bu zaman rəqibin məqsədini əlindən almaq və onu müttəfiqsiz qoymaq və bundan sonra rəqib ordusunu məhv etmək məqsədini ortaya qoymaq lazımdır. Uzun müddət qalaya hücum edib onu mühasirədə saxlamaq ən pis hal sayılır. Belə ki, ilk növbədə vaxt itkisi müharibənin uzanmasına, digər tərəfdən isə uğura əminsizliyə və çoxlu qüvvə itkisinə gətirib çıxardır. Bu fəsildə qüvvələr nisbətinin qənaətbəxş ya qeyri qənaətbəxş olmasına, onların nisbətinə, sərkərdələrin səriştəsinə — müharibə qaydalarına və təcrübəsinə malik olub olmamasına xüsusi yer verilmişdir.

Hərbi geyim və həmcinin hərbi hazırlılıq fəsildə komandan və sərkərdələrin öz qüvvələrini qorumaq üçün zireh, sürsat və təhlükəsiz yerin möhöm əhəmiyyət daşıdığı göstərilir. Bütün bunlar sərkərdə və komandanlara rəqibin imkanlarını azaltmaqla öz strateji imkanlarını artırmağa gətirib çıxartmış olurlar.

Güc tək əldə olan qüvvələrin miqdarı və çeşidi ilə deyil eyni zamanda onlardan taktiki istifadə etməklə əldə olunan üstünlükdən faydalanmaqla ölçülür.

Dolğunluq və boşluq dedikdə rəqibin güclü və zəif cinah və tərəfləri nəzərdə tutulur ki, bu da öz nüvbəsində bütün taktiki gedişlərin əsasını təşkil edir.

Müharibədə döyüş dedikdə sərkərdələrin strateji və taktiki məharəti, təşkilati və idarəetmə bacarığı, müharibənin psixoloji faktorlarına yiyələnmək və onlardan istifadə etmək və məqsədə çatmaq qabiliyyəti nəzərdə tutulur ki, bunlar da qələbəni doğurmuş olurlar.

Doqquz dəyişikliklər dedikdə fəsildə ordunun ras gələ biləcəyi müxtəlif situasiya yaxud vəziyyətlər və onlardan necə baş çıxarmaq yolları nəzərdə tutulur. Belə ki, rəqibin naməlum ərazisiə daxil olarkən nələri fikir vermək və nələri ciddi nəzərə almaq lazımdır.

Yürüş dedikdə fəsildə ordu və ordugahın müxtəlif döyüş vəziyyətlərindən asılı olaraq yerləşdirilməsi və rəqibin arxasına keçib ona nəzarətin təşkili nəzərdə tutulur.

Bu fəsildə ərazinin qiymətlənirilməsi onun imkanlarından taktiki və strateji gedişlərin və əməliyyatların qurulması üçün istifadə edilməsi izah olunur.

Doqquz müxtəlif ərazi doqquz müxtəlif şərait deməkdir ki, burada öz bələd olduğun ərazidə müharibənin aparılmasını izah olunur.

Atəş hücumu fəslində sözün əsl və məcazi mənasında odla(u) hücum etmək yolları təsvir edilməkdədir.

Cəsuslardan istifadə etmə fəslində kəşfiyyatın üstünlükləri, xüsusiyyətləri və imkanları izah edilir. "Müharibədə mütləq cəsuslardan istifadə edib, rəqibib durumunu onlardan öyrən".

Sətirlərdə çin aforizm və atalar sözlərinə rast gəlinir.

  • "Düşməni özün kimi qiymətləndirərsənsə, onda məğlub olmadan çox sayda döyüşlərdə zəfər qazana bilərsən. Əgər sən ancaq özünü qiymətləndirib, düşmənini qiymətləndirməzsənsə, onda qalib olduğun qədər də məğlub ola bilərsən. Əgər sən nə özünü nə də düşmənini qiymətləndirməzsənsə onda özünə hər zaman təhlükə yaratmış olarsan."

Qısa forması:

"Düşməni özün kimi qiymətləndirərsənsə, onda məğlub olmadan çox sayda döyüşlərdə zəfər qazana bilərsən."

  • "Müharibə aparmaq yalana əsaslanmalıdır. Buna görə də biz hücuma qadiriksə, göstərməliyik ki, hazır deyilik, qüvvə tətbiq ediriksə, qeyri aktiv görünməliyik; biz yaxınlıqdayıqsa, düşmən bizim uzaqda olduğumuzu zənn etməlidir, uzaqdayıqsa əksinə bizim yaxınlıqda olduğumuzu zənn etməlidir."
Qısa forması:

"Müharibə aparmaq yalana əsaslanmalıdır."

  1. http://www.randomhouse.com/book/28662/the-art-of-war-by-thomas-cleary.
  2. The Art of War, Sun Zi’s Military Methods, Translated by Victor H. Meir, Columbia University Press, 2007 ISBN 978-0-231-13383-8, Introduction. S. 14
  3. "Содержание «Военная Литература» Военная мысль" (rus). 2012-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-03-13.
  4. "Суньцзы. Искусство войны" (rus). 2012-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-03-13.