Hərbi Yardım Təminatı Məsləhət Qrupu

HYTMQ Vyetnam gerbi.

Hərbi Yardım Təminatı Məsləhət Qrupu (ing. Military Assistance Advisory Group), həmçinin HYTMQ və ya MAAG — adi silahlı qüvvələrin təliminə kömək etmək və hərbi yardımı asanlaşdırmaq məqsədilə digər ölkələrə göndərilən ABŞ hərbi məsləhətçiləri üçün təyinat. 1940–1970-ci illərdə, o cümlədən 1951-ci ildən sonra Yuqoslaviyada çoxsaylı HYTMQ-lar fəaliyyət göstərmişdir,[1] lakin onlardan ən məşhurları Vyetnam müharibəsi zamanı və ondan əvvəl Cənub-Şərqi Asiyada fəaliyyət göstərənlər idi. Tipik olaraq, HYTMQ-lərin şəxsi heyəti ABŞ-nin ölkədəki diplomatik missiyasına bağlı olan və onun imtiyazlarından istifadə edən texniki işçilər hesab olunurdu. "Hərbi Yardım Təminatı Məsləhət Qruplarında xidmət edən şəxsi heyətin xüsusi statusu onların vəzifə yerinə yetirdikləri Birləşmiş Ştatlar səfirliyinin ayrılmaz hissəsi kimi mövqelərindən irəli gəlir".[2]

  • Curtis, Glenn E., redaktorYugoslavia : a country study. Washington, D.C.: Federal Research Division, Library of Congress. 1992.
  • Fleck, Dieter; Addy, Stuart. Handbook of the Law of Visiting Forces. Oxford University Press. 2001. ISBN 978-0-19-826894-9.

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]