Həsənəli Çingiz oğlu Abbasov (d. 1996; Yuxarı Öysüzlü, Tovuz rayonu, Azərbaycan - ö. 11 mart 2017; Ağdam rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2017-ci ildə Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olmuşdur.
Həsənəli Abbasov | |
---|---|
Həsənəli Çingiz oğlu Abbasov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Yuxarı Öysüzlü, Tovuz rayonu, Azərbaycan |
Vəfat tarixi | |
Vəfat yeri | Ağdam rayonu, Azərbaycan |
Dəfn yeri | Yuxarı Öysüzlü |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2017 |
Rütbə | Əsgər |
Döyüşlər |
Qarabağ münaqişəsi • Mart döyüşləri |
Həsənəli Abbasov 1996-cı ildə Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində anadan olmuşdur.[1]
Həsənəli Abbasov Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu idi.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Həsənəli Abbasov 2017-ci il martın 11-dən başlayan və 1 gün davam edən, Azərbaycan-Ermənistan təmas xəttində erməni hərbçilərin atəşkəs rejimini pozması nəticəsində başlayan qarşıdurmada iştirak etmişdir. Hərbi əməliyyatlar zamanı qarşı tərəfin dayaq nöqtələrinə vurulan dəqiq atəş zərbələri nəticəsində 5 erməni hərbçisi həlak olmuşdur. Həsənəli Abbasov 11 mart 2017-ci ildə Ağdam rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur.[2] O, qarşıdurmada Azərbaycan tərəfindən həlak olan yeganə hərbçi idi.
Həsənəli Abbasov həmin gün doğulduğu Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Abbasov torpağa tapşırıldı.