Həsənəli xan Məhəmmədsadıq oğlu Gərrusi (1820-1900), (حسنعلی خان امیر نظام گروسی) — Əmir Nizam, dövlət xadimi, ədib, xəttat, dilçi.
HƏSƏNƏLİ XAN GƏRRUSİ | |
---|---|
Həsənəli xan Məhəmmədsadıq oğlu Gərrusi | |
Digər adı | Əmir Nizam |
Doğum tarixi | |
Doğum yeri | Gərrus, İran |
Vəfat tarixi | |
Vəfat yeri | Təbriz |
Fəaliyyəti | diplomat, siyasətçi, xəttat, yazıçı |
Vikianbarda əlaqəli mediafayllar |
Həsənəli xan Məhəmmədsadıq oğlu Gərrusi 1820-ci ildə Urmiya vilayəti Gərrus şəhərində anadan olmuşdu. Kəbudvənd tayfasındandır. İbtidai təhsilini molla yanında almışdı. Sonra mədrəsədə oxumuşdu. 1871-ci ildə İstanbulda səfir, Sonra Kürdüstanda vali, 1883-cü ildən 1892-ci ilədək Cənubi Azərbaycanın valisi olmuşdu. Mirzə Fətəli Axundovla tanış idi. Gözəl xətti vardı. Xəttatlıq sənətinin genişlənməsinə çalışırdı.
Həsənəli xan Gərrusi 1900-cü ildə vəfat edib.
Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |