Həsən Kamil oğlu Şirinov (26 yanvar 1950, Naxçıvan rayonu) — Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru.
Həsən Şirinov | |
---|---|
2010 – 2020 | |
Rəis | Rafiq Abbasov (2007-2014) Mirqafar Seyidov (2014-2020) |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 26 yanvar 1950 (74 yaş) |
Doğum yeri | |
Təhsili | |
Rütbəsi |
Polis general-mayoru |
|
|
Təltifləri |
Polis general-mayoru Həsən Kamil oğlu Şirinov 1950-ci il yanvarın 26-da Naxçıvan Muxtar Respublikasının Cəhri kəndində anadan olub. 1971–73-cü illərdə hərbi xidmətdə olmuşdur. Azərbaycan Texniki Universitetinin Avtomobil və avtomobil təsərrüfatı, Bakı Dövlət Universitetinin hüquq, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi fakültələrini fərqlənmə ilə bitirib. 1980-ci ildən daxili işlər orqanlarında çalışıb.
Müxtəlif illərdə Nəsimi, Xətai, Göygöl rayonlarında yol polisi şöbələrinin rəisi, Naxçıvan Muxtar Respublikası Dövlət Yol Polisi İdarəsinin rəisi, DİN BŞDYP-nin müavini, Bakı Şəhər DYP-nin rəisi işləmiş, 2010–2020-ci illərdə Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini vəzifəsində çalışmışdır.
"Sönməz, əbədidir Heydər Əliyev", "Yüksəlişə gedən yol", "Xalqı ilə döyünən polis ürəyi", "Şah İsmayıl Xətai" və s. kitabların, bir çox şeir, hekayə və məqalələrin müəllifidir.