Həsən Adıgözəlzadə

Adıgözəlzadə Həsənağa Əfrasiyab oğlu — Azərbaycan bəstəkarı, əməkdar incəsənət xadimi.

Həsən Ağa Adıgözəlzadə
Həsənağa Əfrəsiyab oğlu Adıgözəlzadə
Ümumi məlumatlar
Digər adı Həsənağa Adıgözəlzadə
Doğum tarixi
Doğum yeri Baki
Vəfat tarixi (72 yaşında)
Vəfat yeri İstanbul
Vətəndaşlığı Azərbaycan
Uşaqları İdil Adıgözəlzadə, İsmayil Adıgözəlzadə
Atası Əfrəsiyab Adıgözəlzadə
Anası Ulduz Qəhramanbəyli
Musiqiçi məlumatları
Fəaliyyəti Bəstəkar,aktyor
Mükafatları "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı — 2009

Həsən Adıgözəlzadə 1946-cı il yanvarın 23-də Bakıda anadan olub. O, musiqiylə 6 yaşından maraqlanmağa başlayıb.[1] Bülbül adına Orta ixtisas musiqi məktəbini və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Bəstəkarlıq fakültəsini bitirib. Qara Qarayev, Cövdət Hacıyev kimi bəstəkarlarla birlikdə çalışıb.

Həsən Adıgözəlzadə musiqi məktəbində, universitetdə musiqi nəzəriyyəsindən dərs deyib. Azərbaycan Dövlət Televiziyası və Radiosunda musiqi verilişləri redaksiyasının redaktoru, Mədəniyyət Nazirliyinə bağlı xalq yaradıcılığı evinin direktor müavini, daha sonra isə Mədəniyyət Nazirliyində işləyib.

Beynəlxalq Muğam Mərkəzinə və SSRİ Mədəniyyət Fonduna bağlı Beynəlxalq “Qopuz” Azərbaycan Xalq Sənətləri Mərkəzinə rəhbərlik edib.

Avropa və Asiyanın müxtəlif ölkələrində, Türkiyə, Rusiya, Fransa, Litva, Çexoslovakiya, Gürcüstan, Tacikistanda keçirilən simpoziumlara, konfranslara məruzəçi kimi qatılıb. Beynəlxalq yarışlarda münsif olub və Beynəlxalq tədbirlərdə, festivallarda drijorluq edib. 2001-2002-ci illərdə Bolqarıstanın Plovdiv Musiqi Akademiyasının Uludağ Universiteti ilə birgə təşkil etdiyi “Gənclər Simfonik Orkestrı Bursa və Plovdiv şəhərlərində” festivalında dirijorluq edib. 1991-ci ildən Uludağ Universitetinin Musiqi fakultəsində dərs deyib.

Həsən Adıgözəlzadə Uludağ Universitetində çoxsəsli qarışıq xorun (1993-1994), Otaq Orkestrının (1994-1998), Böyükşəhər Bələdiyyəsində Nəfəsli Alətlər Ansambılının (1996-1997) və Bursa Simfonik Orkestrinin (1997-1998) yaradıcısı və drijoru olub. 1994-2006-cı illərdə “Çizakça Çoxsəsli Xor”unun da drijoru olub. 1996-1998 illərdə Bursa Böyükşəhər Bələdiyyəsində musiqi müşaviri vəzifəsində çalışıb.

Bəstəkar simfoniya, "Azərbaycan" və "Bursa" kantatası, xor və kamera-instrumental miniatürlər, violino solo və fortepiano üçün sonatalar, nəfəsli alətlər üçün Kvintet və Süita, marşlar, mahnılar, romanslar, teatr tamaşalarına musiqi, xalq çalğı alətlər üçün əsərlərin müəllifidir. Azərbaycan, Türk, Rus şairlərinin şeirlərinə yazılmış romansları və mahnıları var.

Uludağ Universiteti marşının müəllifidir. “İşıqlar” Hərbi Məktəbinin pop qrupu üçün yazdığı “Bayrağım” mahnısı İstanbul Musiqi Festivalında səsləndirilib. Bursa üçün bəstələdiyi Bursa Kantatası Beynəlxalq Polifonik Xorlar Müsabiqəsində ən yaxşı musiqi mükafatına layiq görülüb. 1998-ci ildə Ney və Simfonik orkestr üçün tarixdə ilk dəfə bəstələnən “İlahilər” kompozisiyası Beynəlxalq Bursa Festivalında ifa olunub. O, rejissor Rauf Nağıyev tərəfindən 1988-ci ildə ekranlaşdırılmış satirik şair Mirzə Ələkbər Sabirin yaradıcılığından bəhs edən “Ağlar-güləyən” qısametrajlı sənədli-bədii filmində aktyor kimi də rol alıb. Filmdə onunla yanaşı Məlik Dadaşov, Mikayıl Mirzə, Əbdül Mahmudov kimi aktyorlar da çəkilib.

Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə “Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb

Həsən Adıgözəlzadə 2018-ci il aprelin 29-da İstanbulda vəfat edib.[2]

H.Adıgözəlzadə Azərbaycanın görkəmli pianoçusu, xalq artisti Zöhrab Adıgözəlzadənin qardaşı və Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktoru Murad Adıgözəlzadənin əmisidir.[3]

Simfoniya, "Azərbaycan" və "Bursa" kantatası, xor və kamera-instrumental miniatürlər, violino solo və fortepiano üçün Sonatalar, nəfəsli alətlər üçün Kvintet və Süita, marşlar, mahnılar, romanslar, teatr tamaşalarına musiqi, xalq çalğı alətlər üçün əsərlər.[4]

  1. Ağlar-güləyən (film, 1988)
  1. "davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bəstəkar Həsənağa Adıgözəlzadənin yubiley gecəsi keçirilib". davam.az. İstifadə tarixi: 2023-08-14.
  2. "Həsənağa Adıgözəlzadə vəfat etdi". Qafqazinfo (az.). 2018-05-01. İstifadə tarixi: 2023-08-14.
  3. "https://www.bakupost.az/hesenaa-adigzelzade-vefat-etdi".[ölü keçid]
  4. "https://etikxeber.az/b%C9%99st%C9%99kar-h%C9%99s%C9%99naga-adigoz%C9%99lzad%C9%99nin-70-illik-yubileyin%C9%99-h%C9%99sr-olunmus-t%C9%99dbir-keciril%C9%99c%C9%99k/".