Həsən Aksay (türk. Hasan Aksay; 13 avqust 1947, Ödəmiş, İzmir ili) — Türkiyə Hərbi Hava Qüvvələrinin keçmiş komandanı
Həsən Aksay | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 13 avqust 1947 (77 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Xidmət illəri | 1968-ci ildən |
Rütbəsi | Dörd ulduzlu general |
Vikianbarda əlaqəli mediafayllar |
1965-ci ildə Hərbi Hava Liseyini, 1967-ci ildə Hərbi Hava Qüvvələri Akademiyasını, 1969-cu ildə Uçuş Məktəbini ən yaxşı tələbə kimi bitirmişdir. 1974-cü ildə Kipr əməliyyatında iştirak edib. 1979-cu ilə qədər Hərbi Hava Qüvvələrinə bağlı müxtəlif bölmələrdə eskadron qanadının pilotu kimi xidmət etmişdir. 1981-ci ildə Hərbi Hava Qüvvələri Akademiyasından məzun olub. Ottava Hərbi Attaşesi, Hərbi Hava Qüvvələri Komandanlığında əməliyyat rəisi vəzifəsində çalışıb. 1994-cü ildə Silahlı Qüvvələr Akademiyasında təhsilini başa vurub.
1994-cü ildə briqada generalı rütbəsinə yüksəlib. Bu rütbədə o, 8-ci Baş Reaktiv Baza Komandiri və Hərbi Hava Qüvvələri Əməliyyat İdarəsinin Plan Əməliyyatları İdarəsinin rəisi vəzifələrində çalışıb.
1998-ci ildə ona general-mayor rütbəsi verilib. Bu rütbədə o, 1-ci Taktiki Hərbi Hava Qüvvələri komandirinin müavini və Hərbi Hava Qüvvələri əməliyyatlarının rəisi vəzifələrində çalışıb. O, 2002-ci ildə general-leytenant rütbəsinə yüksəlib.
2007-ci ildə general rütbəsi alıb və Hərbi Akademiyaların komandiri təyin edilib.
25 avqust 2009-cu ildə Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı təyin edilib. NATO-nun Bosniya-Herseqovinadakı sülhməramlı əməliyyatında bölmə komandiri vəzifəsində çalışıb.
29 iyul 2011-ci ildə o, Baş Qərargah rəisi və Qüvvələr Komandanları ilə birlikdə istefaya göndərilməsini istəyib.[1] Onun istəyi qəbul edildi və o, təqaüdə çıxdı. Bir müddət Türk Hava Qurumları Universitetinin Qəyyumlar Şurasının üzvü vəzifəsində çalışıb. Qalatasaray İdman Klubu Konqresinin üzvüdür. Ailəlidir və iki övladı var.[2]