Həsən Bayramoğlu

Həsən Bayramoğlu (Həsən Bayram oğlu Bayramov; 1 may 1953, Toxluca, Çəmbərək rayonu) — pedaqogika elmləri doktoru,[1] professor, Rusiya Pedoqoji və Sosial Elmlər Akademiyasının akademiki (2008). Yeni Azərbaycan Partiyasının üzvü.

Həsən Bayramoğlu
Həsən Bayram oğlu Bayramov
Doğum tarixi 1 may 1953(1953-05-01) (70 yaş)
Doğum yeri
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Elm sahələri pedaqogika nəzəriyyəsi və tarixi
Elmi dərəcəsi pedaqogika elmləri doktoru
Elmi adı professor
Təhsili Azərbaycan Dövlət Pedaqoji Universiteti

Həyatı[redaktə | mənbəni redaktə et]

Həsən Bayramov 1 may 1953-cü ildə Qərbi Azərbaycanın Krasnoselo rayonunun Toxluca kəndində qulluqçu ailəsində anadan olmuşdur. 1961-1970-ci illərdə Toxluca kənd orta məktəbində oxumuş, həmin məktəbi əla qiymətlərlə başa vurmuşdur.[2]

1971-1975-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakultəsini fərqlənmə diplomu ilə bitirmişdir. Təhsilini başa vurduqdan sonra təyinatla doğulduğu kəndə qayıtmış, burada müəllim, direktor müavini, raykom hüquqlu sovxoz komsomol komitə katibi, qəsəbə sovetinin sədri vəzifələrində çalışmışdır.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin aspiranturasında oxumuş, 1989-cu ildə namizədlik dissertasiyasını müdafiə etmişdir. 1986-1990-cı illərdə Naxçıvan Dövlət Universitetində müəllim işləmişdir.[3]

1990-cı ildən ADPU-nun "Ümumi pedaqogika" kafedrasının müəllimi, 1995-ci ildən isə həmin kafedranın dosenti olmuşdur[4].

2008-ci ildən Rusiya Pedoqoji və Sosial Elmlər Akademiyasının akademikidr.

2007-2012-ci illərdə YAP Binəqədi Rayon Təşkilatında şura üzvü olmuşdur. 2012-ci ildən Binəqdi rayon 9 saylı ikinci seçki dairəsi, Dairə Seçki komissiyasının sədridir.

Ailəsi[redaktə | mənbəni redaktə et]

Ailəlidir, 3 övladı var.

Yaradıcılığı[redaktə | mənbəni redaktə et]

İlk kitabını 1989-cu ildə nəşr etdirən H.Bayramov 5 dərsliyin, 10-dan artıq tədris metodik vəsaitin, Ali məktəblər üçün 12 tədris proqramının, 100-dən çox elmi-pedaqoji məqalə və tezisin, eləcə də publisistik yazının müəllifidir. 4 kitabın tərtibçisidir. 10-a yaxın kitabın elmi redaktoru olub. Təhsil menecmenti üzrə tədris metodik bazanın hazırlığına məsul işçi qrupunun üzvüdür.

Dosent H.Bayramov akademik Hüseyn Əhmədovun əsərlərinin biblioqarfik göstəricisinin (1990), "Müəllimlər müəllimi haqqında pedoqoji etüdlər" əsərinin, həm də akademik Hüseyn Əhmədovun 14 cildlik "Seçilmiş pedaqoji əsərləri"nin tərtibçilərindən biridir.[5]

Kitabları[redaktə | mənbəni redaktə et]

  1. Prof.H.Əhmədovun əsərlərinin izahlı biblioqrafiyası. Bakı, API, 1990. Biblioqrafik əsər
  2. Pedaqogika tariхi.Bakı, 1992. Proqram
  3. Pedaqogikanın tədrisi metodikası. Bakı, APU, 1996. Proqram
  4. Pedaqogikanın nəzəriyyəsi, Azərbaycan məktəb və pedaqoji fikir tariхi və ümumi pedaqogika tariхindən bakalavr pilləsində buraхılış imtahanının proqramı. Bakı, APU, 1997. Proqram
  5. Azərbaycan Respublikası Konstitutsiyasının pedaqoji-ictimai mahiyyətinin öyrədilməsi. Bakı, API, 1997. Metodik vəsait
  6. Ali pedaqoji təhsil müəssisələrində Azərbaycan Respublikası Təhsil Qanununun öyrədilməsi. Bakı, API, 1997. Metodik vəsait
  7. Təhsili idarəetmənin əsasları (magistratura). Bakı, ADPU, 1998. Dərslik və Proqram (ortaqlı)
  8. İdarəetmənin pedaqogikası və psiхologiyası (Azərbaycan və rus dillərində). Dərslik. Bakı, ABU, 2000. (ortaqlı)
  9. Dildə, fikirdə, işdə birlik (Ismayıl bəy Qaspiralı (1851-1914). Bakı, Qartal, 2002. (ortaqlı)
  10. rus. Управленческая педагогика и психология. Bakı, ABU, 2003. Dərslik (ortaqlı)
  11. Psiхologiya və pedaqogikadan kurs işi. Bakı, ABU, 2006. Metodik vəsait
  12. Nitq mədəniyyətindən mühazirələr. Bakı, ABU, 2006. Dərs vəsaiti.
  13. Ana dilinin tədrisi metodikası . Bakı, ABU, 2006. Proqram
  14. Uşaq ədəbiyyatı. Bakı, ABU, 2006. Proqram
  15. Nitq mədəniyyəti. Bakı, ABU, 2008. Dərslik
  16. Təhsili idarəetmənin əsasları (bakalaviatura). Bakı, ADPU, 2010. Dərslik və Proqram

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Türk xalqlarının məktəb tarixinə dair qiymətli əsər Arxivləşdirilib 2016-03-05 at the Wayback Machineanl.az saytı
  2. Eldar İsmayıl. "Oğuz yurdun övladları", I kitab, Bakı, "Təbib" nəşriyyatı, 1999. səh.88.
  3. "Həsən Bayramoğlu necə varsa...". Fərrux Rüstəmov. Pedaqoji oçerklər: Sələflərim və müasirlərim. Bakı: Elm və təhsil, 2010. - səh. 251.
  4. ADPU-nun Tarix fakültəsinin «Ümumi Pedaqoqika» kafedrası: tarixi, strukturu, əməkdaşlar, elmi fəaliyyət, tədris işi... Arxivləşdirilib 2014-07-04 at the Wayback Machineadpu.edu.az saytı
  5. Fərrux Rüstəmov. Akademik Hüseyn Əhmədov və onun yetirmələri (2004). 248 s.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Fərrux Rüstəmov. Pedaqogika kafedrasının tarixi: sələflər və xələflər (1999). 136 s.
  • Fərrux Rüstəmov. Pedaqoji qeydlər, resenziyalar, müsahibələr. Bakı(2010) 320 s.