Həsən Cəlal Gözəl (1945, Qaziantep – 19 mart 2018, Ankara) — 1987–1989-cu illərdə Türkiyə Milli Təhsil, Gənclik və İdman naziri olmuş türk siyasətçisi və bürokrat
Həsən Cəlal Gözəl | |
---|---|
türk. Hasan Celal Güzel | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1945 |
Doğum yeri | |
Vəfat tarixi | 19 mart 2018 |
Vəfat yeri | |
Vəfat səbəbi | nəfəs çatışmazlığı[d] |
Dəfn yeri | |
Partiya |
|
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
Vikianbarda əlaqəli mediafayllar |
1945-ci ildə Qaziantepdə dünyaya gəlib. İlk və orta təhsilini Malatyada alıb. 1968-ci ildə Ankara Universiteti Siyasi Biliklər Fakultəsinin İqtisad və Maliyyə bölməsini bitirib. "Türkiyənin İqrisadi Böyümə Modelləri" mövzusunda yazdığı tezislə məzun olub.
Universitetdəki təhsilini başa vurduqdan sonra Dövlət Planlaşdırma Təşkilatında fərqli vəzifələrdə çalışıb. Fəaliyyəti dövründə bir sıra yüksək vəzifələri tutmuş 38 yaşında isə baş nazirin müşaviri olub. Və bununla da həm də Türkiyənin ən gənc baş Nazir müşaviri olub. 24 yanvar 1980-ci ildə olmuş iqtisadi tədbirlərin həyata keçirilməsində ciddi vəzifələri öz üzərinə götürüb.
1986-cı ildə Ana Vətən Partiyasından seçkilərə qatılıb Qaziantepdən millət vəkili seçilir. Turqut Özalın hökumətində dövlət naziri və hökumət spikeri vəzifələrini yerinə yetirib. 1987-ci il seçkilərində yenidən seçilərək bu dəfə Milli Təhsil, Gənclər və İdman naziri olur. Bu vəzifələrdən başqa, 1986–89-cu illər arasında Xarici İşlər Nazirinin müşaviri olub. 23 noyabr 1992-ci ildə "Yeniden Doğuş" (YTP) partiyasını yaratmış və onun sədri seçilmişdir.
"Dünden Bugüne Tercüman", "Halka ve Olaylara Tercüman", "Radikal", "Vatan" və "Sabah" qazetlərində köşə yazarı olub.
Layihələri və YTSAM
1994-cü ilin sonunda "Yeni Türkiyə Araşdırma Mərkəzi"ni yaradıb "Yeni Türkiyə" adlı 2 aylıq akademik jurnalı çap etməyə başladı. Yeni Türkiyə qısa zamanda bir məktəb halına gəldi. Nəticədə 2015-ci ilin sonuna qədər 7000-dən çox akademik məqalə və 68.000 səhifəlik böyük bir külliyyat ortaya çıxarıldı. Həsən Cəlal Gözəl ömrünün sonuna qədər bu mərkəzin rəhbəri idi.
Həsən Cəlal Gözəl iqtisadiyyat üzrə yazdığı doktorluq tezisi ilə bərabər Türk tarixi, mədəniyyəti və təhsili mövzularında üç ayrı sahələrdən də doktorluq dərəcəsi almışdır.
Həsən Cəlal Gözələ "Türklər" mövzusunda beynəlxalq araşdırmasına görə Türk Tarix Qurumu tərəfindən təqdirnamə verilmişdir. Bundan başqa "Türk Dünyası" adlı araşdırmasına görə "TÜRKSAV"-ın xidmət mükafatına layiq görülmüşdür.
Yaratdığı YTSAM (Yeni Türkiyə Araşdırma Mərkəzi) bu gün bütün dünya və Türkiyədə üç mindən artıq akademiklə iş birliyindədir və bununla yanaşı Türkiyənin ən böyük və ən yaradıcı strateji araşdırma mərkəzidir.
Həsən Cəlal Gözəlin Türk Dünyası ilə bağlı etdiyi araşdırmalar:
Rəhbərlik etdiyi beynəlxalq layihələr
Bu layihələr və araşdırmalarla yanaşı Türk Dünyası ilə bağlı müxtəlif kitabların və sənədli filmlərin üzə çıxmasında birbaşa rolu olmuşdur
Dənizlidə bir oteldə halı pisləşən Həsən Cəlal paytaxt Ankarada yerləşən Güvən xəstəxanasına müalicə üçün yerləşdirilir[1]. 19 mart 2018-ci ildə ağciyər infeksiyasına görə inkişaf edən tənəffüs çatışmazlığı səbəbindən 73 yaşında dünyasını dəyişdi. 20 mart Türkiyə Böyük Millət Məclisində dövlət mərasimi təşkil edildi mərasimdən sonra Hacı Bayram məscidində cənazə namazı qılanaraq Gölbaşı Qəbiristanlığında dəfn edildi[2].