Həsən Məmmədov (tütünçü)

Həsən Məmmədhüseyn oğlu Məmmədov (5 iyun 1912—18 iyun 1985) — Tütünçü, Sosialist Əməyi Qəhrəmanı (1949).

Həsən Məmmədov
Həsən Məmmədhüseyn oğlu Məmmədov
Doğum tarixi
Doğum yeri Şahtaxtı, Şərur-Dərələyəz qəzası, İrəvan quberniyası, Rusiya imperiyası
Vəfat tarixi (73 yaşında)
Vəfat yeri Şahtaxtı, İliç rayonu, Naxçıvan MSSR, Azərbaycan SSR
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası
Azərbaycan AXC
SSRİ SSRİ
Milliyyəti azərbaycanlı
Fəaliyyəti tütünçü
Mükafatları Sosialist Əməyi Qəhrəmanı — 1949
"Lenin" ordeni

Həyat və əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Həsən Məmmədov 1912-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahtaxtı kəndində anadan olmuşdur. Böyük Vətən müharibəsinin iştirakçısı olmuşdur. 1942-1971-ci illərdə İliç rayonunun H.Cavid adına kolxozunda xolxozçu, manqanaşçısı, sədr və briqadir işləmiş, 1971-ci ildən eyniadlı sovxozda hesabdar olmuşdur. 1946-ci ildən Sov.İKP üzvü olmuşdur. 1948-ci ildə tütünçülük sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. 14 mart 1949-cu ildə tütünçülük sənayesinin inkişafında göstərdiyi xidmətlərə görə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, Lenin ordeni ilə təltif olunmuşdur. Həsən Məmmədov 18 iyun 1985-ci ildə Şahtaxtı kəndində vəfat etmişdir.

  • Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VI ҹилд: КубаМисир. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1982. С. 504.
  • Məmmədov Həsən Hacıməmmədhüseyn oğlu // Naxçıvan ensiklopediyası. — Azərbaycan Milli Elmlər Akademiyası, 2005.