Həsən Quliyev (filosof)

Həsən Quliyev — Azərbaycan filosofu, fəlsəfə elmləri doktoru, professor.

Həsən Quliyev
Doğum tarixi
Doğum yeri SSRİ, Azərbaycan SSR, Tovuz
Vəfat tarixi (66 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Elmi dərəcəsi

Həyatı[redaktə | mənbəni redaktə et]

Həsən Quliyev 1941-ci ilin avqustun 1-də Tovuz rayonunda anadan olmuşdur. 1959-cu ildə İsmayıllı rayonunun İvanov orta məktəbini bitirmişdir. 1960-1965-ci illərdə Azərbaycan Dövlət Universitetin fizika fakültəsində təhsil almışdır. 1967-1970-ci illərdə Moskva Fəlsəfə İnstitutunun aspiranturasında oxumuşdur. 1971-ci ildə Moskvada "Atomizm ideyalarının idrakı funksiyası" adlı namizədlik, 1987-ci ildə isə "Yeni biliyin verballaşmasının fəlsəfi problemləri" mövzusunda doktorluq dissertasiyasiyasını müdafiə etmişdir. 1971-ci ildən Fəlsəfə və Hüquq İnstitutunda işləməyə başlamışdır. 1973-cü ildən şöbə müdiri olmuşdur. 1979-1982-ci illərdə Ukraynanın Rovno şəhərindəki Su Təsərufatı İnstitutunda dosent vəzifəsində çalışmışdır. 1982-ci ildən başlayaraq Fəlsəfə və Hüquq İnstitutunda işləmişdir. 1987-ci ildə çap etdirdiyi "Metafora və elmi idrak" əsərində yeni elmi biliyin mahiyyəti haqqında xüsusilə müasir elmşünaslıqda mərkəzi yer tutan məsələlər nəzərdən keçirilmişdir. Əsərdə müasir elmşünaslığın prinsipcə yeni istiqamət olan metafor problemi hərtərəfli nəzərdən keçirilmişdir. 1992-1993-cü illərdə Prezident Aparatında analitik xidmətin rəhbəri olub. Son 15 ildə professor Həsən Quliyev "Turan" İnformasiya Agentliyinin analitik xidmətinə rəhbərlik edib, eyni zamanda fəal müəllimlik və ictimai-siyasi fəaliyyətlə məşğul olub.

1994-cü ildən "İdrak nəzəriyyəsi və elmin fəlsəfəsi" şöbəsinə rəhbərlik etmişdir.

1999-cu ildə nəşr edilən "Qorqud nəslinin arxetipləri" əsərində ilk dəfə olaraq Azərbaycan xalqının mentalitetinin arxetepik komponentləri tədqiq olunmuşdur. Monoqrafiyanın giriş hissəsində sovet sisteminin tənəzzülü prosesləri ilə şərtlənən və yeni müstəqil dövlətlərin yaradılması ilə əlaqədar olan ictimai-siyasi və sosial-mədəni tendensiyalar hərtərəfli nəzərdən keçirilmişdir. Kitabda mentalitet probleminin aktuallığı əsaslandırılır, mahiyyəti hərtərəfli nəzərdən keçirilir. Digər əsərlərdə də mentalitet problemi nəzərdən keçirilmişdir. Bir çox əsərləri əvvəlki əsərlərinin yaradıcı və məntiqi davamı sayıla bilər.

Həsən Quliyevin 70-dən artıq məqaləsi fəlsəfə tarixinə, elmin, mədəniyyətin metodologiyasına, o cümlədən Azərbaycan xalqının mentalitetinə həsr olunmuşdur. Eyni zamanda çoxsaylı politoloji mövzuda 50-dən çox məqalələri çapdan çıxmışdır.

Həsən Quliyev 2008-ci il fevralın 24-də, 67 yaşında dünyasını dəyişib. Bakıda dəfn edilib.

Əsərləri[redaktə | mənbəni redaktə et]

  1. Metafora və elmi idrak. Bakı: 1987
  2. XX əsrin astanasında məktəblərin təzələməsi. Bakı: 1992
  3. Qorqud nəslinin arxetipləri. Bakı: 1999
  4. Arxetipik azəri mentalitetin simaları. Bakı: 2002

Mənbə[redaktə | mənbəni redaktə et]

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

  1. Qarabağ düyünü (film, 1993)