Həsən Seyidov (hüquqşünas)

Həsən Həmid oğlu Seyidov (16 may 1923, Şahtaxtı, Naxçıvan MSSR3 iyun 1997, Bakı) — Naxçıvan MR Ali Məhkəməsinin sədri, Naxçıvan Vilayət Həmkarlar İttifaqı Şurasının sədri, İliç Rayon Partiya Komitəsinin birinci katibi, Ədliyyə Nazirinin birinci müavini.

Həsən Seyidov
bayraq
Azərbaycan Respublikası Ədliyyə Nazirinin birinci müavini
bayraq2
bayraq
Naxçıvan MSSR Şərur Partiya Komitəsinin birinci katibi
bayraq2
bayraq
Naxçıvan Vilayət Həmkarlar Şurasının sədri
bayraq2
bayraq
Naxçıvan MR Ali Məhkəməsinin sədri
bayraq2
Şəxsi məlumatlar
Doğum tarixi 16 may 1923(1923-05-16)
Doğum yeri
Vəfat tarixi 3 iyun 1997(1997-06-03) (74 yaşında)
Vəfat yeri

Həsən Seyidov 16 may 1923-cü ildə Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Şahtaxtı kəndində anadan olmuşdur. 1952-ci ildə İ.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinin hüquq fakultəsini bitirmiş, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin üzvü, sədr müavini, Naxçıvan MR Ali Məhkəməsinin sədri, Naxçıvan Vilayət Həmkarlar İttifaqı Şürasının sədri, Şərur Rayon Partiya Komitəsinin birinci katibi, 1974-cü ildən isə ömrünün sonuna kimi Azərbaycan Respublikası Ədliyyə Nazirliyində məshul vəzifələrdə işləmişd, Ədliyyə Nazirinin birinci müavini vəzifəsinə qədər yüksəlmişdir.

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin orqanı olan “Qanunçuluq” jurnalının baş redaktoru olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 14 dekabr 1992-ci il 358 Nömrəli fərmanı ilə Azərbaycan Respublikasının Əməkdar Hüquqşünası fəxri adına layiq görülmüşdür.

1997-ci il iyun ayının 3-də 74 yaşında Bakı şəhərində vəfat etmişdir.