Həsənqulu siyənəyi

Həsənqulu siyənəyi (lat. Alosa brashnikovi kisselevitchi) — siyənək cinsinin nümayəndəsidir.

Həsənqulu siyənəyi
Elmi təsnifat
XƏTA: latin parametri doldurulmayıb.
Beynəlxalq elmi adı
XƏTA HAQQINDA MƏLUMAT
Bu parametr doldurulmayıb: latin

Xəzər dənizinin cənub hissəsində, başlıca olaraq, Həsənqulu-Çikişlər yaxınlığında və ondan bir qədər şimala doğru yayılmışdır. Qərb hissədə Astara və Sara adası yaxınlığında təsadüf edilir. Bəzən az miqdarda Qaraboğazgölə qədər çatır.

Morfoloji əlamətləri

[redaktə | mənbəni redaktə et]

D III-IV 12-15, ümumi sayı 15-19,A III (IV) 14-19, ümumi sayı 17-22-dir. Bədəni qamətlidir. Alt çənəsi irəli çıxmır, bəzən hətta üst çənədən gödək olur.Yaxşı inkişaf etmiş dişləri və sıx, adətən ucları itilənmiş qəlsəmə dişcikləri vardır. Bədənin bel hissəsi tünd yaşıl, döş və qarın üzgəcləri tünddür. Uzunluğu adətən 30-35 sm, ən çox 40 sm-dir, 9 ilə qədər yaşayır. Başı, döş və bel üzgəcləri piqmentli olur. Pulcuqlar iri olub, möhkəm yerləşmişdir. Qəlsəmə qapaqları arasında yanlarda qara ləkə vardır.[1]

Yaşayış yeri və həyat tərzi

[redaktə | mənbəni redaktə et]

Dənizdə başlıca olaraq pelagik həyat tərzi keçirir. Şirin sulara girmir. Başlıca olaraq Cənubi Xəzərdə yayılmışdır.Qışlama və kürütökmə yerlərində daha çox toplanması müşahidə edilir.Digər siyənəklərə nisbətən gec kürü tökən və çox istisevəndir. Orta hesabla 1,50-yə bərabər olan yüksək köklük göstəricisinə malikdir. Xırda balıqlar(kilkə, xul), qismən krevet və qammaridlərlə qidalanır.

Cinsi yetkinliyə 4-5 yaşında çatır.Kürüsü hissə-hissə yetişir. Kürüləməsi dənizin cənub hissəsində, suyun temperaturu 25° C olduqda müşahidə edilir. İstisevərliyi ilə bağlı olaraq kürütökmə dövrü apreldən başlayır və iyunda, bəzən iyulda, hətta avqustda qurtarır. Kürütökmə Mixaylov bankında, Oğurca adasının şərq hissəsində, Qaradaşlı boğazının sahilində və Astrabad körfəzində baş verir. 3 yaşına qədər cavan fərdlər Azərbaycan sahillərində rast gəlinir.[2]

Təsərrüfat əhəmiyyəti

[redaktə | mənbəni redaktə et]

Cənubi Xəzərin ən mühüm vətəgə əhəmiyyəti olan siyənəkələrindəndir. Ətinin keyfiyyətinə görə ancaq Aqraxan siyənəyindən geri qalır. Ehtiyatının artırılması və səmərəli istifadə olunması tədbirləri-dənizin çirklənməsinə qarşı mübarizənin gücləndirilməsindən ibarətdir.

  1. Azərbaycanın heyvanlar aləmi. Onurğalılar, III cild. Bakı: Elm, 2004, s. 79
  2. Световидов А.Н. Сельдевые. Фауна СССР, рыбы, том II, вып. 1, Изд. АН СССР, М.-Л.: 1952