Qaraboğazgöl (türkm. Garabogazköl) — Xəzər dənizinin şərqində Türkmənistan ərazisində laqun mənşəli körfəz[1]. Dənizlə dayaz və eni 200 metrə çatan eyni adlı boğazla birləşir. Onun sahəsi mövsümdən asılı olaraq dəyişir. Dərinliyi 4-7 metr arası dəyişir.
Qaraboğazgöl körfəzi | |
---|---|
Garabogazköl Aylagy | |
Ümumi məlumatlar | |
Tip | Körfəz |
Sahəsi | 18,100 km² |
Həcmi | 128.800.000.000 m³ |
Sahil uzunluğu | 730 km |
Dərin yeri | 4-7 m |
Duzluluğu | 310 ‰ |
Yerləşməsi | |
41°21′01″ şm. e. 53°35′43″ ş. u.HGYO | |
Ölkə | Türkmənistan |
Akvatoriyası | |
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Körfəzin duzluluğu Xəzər dənizinə nisbətən daha yüksəkdir, 310 ‰ təşkil edir. Körfəzin duzluğunun yüksək olmasının səbəbi Mirabilit duzu ilə zənginliyidir. Körfəzin sahəsi 18 000 km²[2]
Qara boğaz gölü mənasını verir. Demək olar ki, Xəzərin suyunu özünə çəkərək buxarlandırır. Körfəz dənizçilərdə və köçərilərdə həmişə vahimə doğururdu. Hər zaman insanların təfəkküründə ölüm və zəhərli su kimi qalıb.
Bəzən körfəzi Ağ qızıl dənizi adlandırırlar. Səbəb onun zəngin mirabilit ehtiyatı ilə əlaqədardır.
Az dərinlik körfəzin duzlu sularının yenidən dənizə qayıtmasına səbəb olur. Bununla da laqun Xəzərin duz balansına öz təsirini göstərir. Hər km³ dənizdən körfəzi 13-15 milyon ton müxtəlif duzlar axır. Hər il isə körfəzə 8–10 km³ su axır. Səviyənin yüksək olduğu vaxtlar isə bu rəqəm 25 km³ qədər qalxır.
1980-ci ildə Qaraboğazgölü Xəzər dənizindən ayıran damba dikilir. 1984-ci ildə isə dambada su buraxan qurğular inşa edilir. Bundan sonra körfəzin səviyyəsi bir necə metr aşağı enir. 1992-ci ildə isə damba partladılır[3]. Körfəzlə dəniz arasında əlaqə bərpa olunandan sonra səviyə əvvəlki vəziyyətinə qayıdıb. Bununla belə Mirabilit hasilatına ağır zərbə dəymişdir.