Oğurca

Oğurca (türkm. Ogurjaly adasy) — Xəzər dənizinin cənub-şərqində yerləşir. Şimaldan cənuba doğru 42 km uzanır, eni 1-1,5 km təşkil edir. Qumluqlardan ibarətdir.

Oğurca
türkm. Ogurjaly adasy
Ümumi məlumatlar
Sahəsi 45 km²
Uzunluğu 42 k
Eni 1-1,5 k
Əhalisi
  • 0 nəf.
Yerləşməsi
38°58′10″ şm. e. 53°02′53″ ş. u.HGYO
Ölkə  Türkmənistan
Akvatoriya
Oğurca xəritədə
Oğurca
Oğurca
Oğurca xəritədə
Oğurca
Oğurca
XIX əsrə aid xəritə

Ruslar adanın xiyara bənzəməsi ilə onu rusca “Oqureç” adlandırıblar. Əslində isə hələ 1392-ci ildə adada yaşayan oğurçalı türk tayfası ilə bağlıdır. Oğurçalı isə Dəniz qulduru mənasını verir. Doğrudanda 15-17 əsrlər ərzində dəniz quldurları fars karvanlarına basqınlar təşkil edirdilər.

Qışda güçlü dalğalar adanın üzərindən keçərək onu bölür. Çələkən yarımadasından Çələkən Oğurçalı boğazı ayırır. Onun eni 15 kilometrdir. Şərqdən isə Türkmən körfəzi ilə əhatələnir. Adanın ümumi sahəsi 45 km² təşkil edir. Əsasən qunsallıqlarla örtülüdür. Bəzi yerlərdə ot və kollara rast gəlmək olar.

Sovet dönəmində ada yasaqlıq elan edilmişdir. Buraya Ceyranlar yerləşdirilmişdi. Sahil xəttində isə Xəzər suitisinə rast gəlinir. Onlar burada uğurla çoxala bilirlər[1].

Adanın daimi əhalisi yoxdur. Səbəb isə su çatışmamazlığıdır. Vaxtı ilə ada ağır və yoluxucu xəstəliyə tutulmuş insanların atıldığı yer olmuşdur. Üstəlik balıqçıların dayanma məntəqəsi rolunu oynamışdır. Sovet dönəmində isə burada balıqçılıq qadağan edilmişdir.

Adanın şmalında mövcud olan yaşayış məntəqəsi hazırda dəniz suyu ilə yuyulur. Dalğalar adanı boğazlarla kiçik adalara bölmüşdür[2].

  1. "Oğurca adası". 2012-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-08-19.
  2. Google Earth