Həsi Abdullayev

Həsi Abdullayev (25 dekabr 1910, Qaraağac, Zəngəzur qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası23 mart 1967, Bakı) — Azərbaycan tarixçisi, tarix elmləri doktoru (1963), professor (1964). ADU-da baş müəllim (1941-1948, Bakı Ali Partiya Məktəbində kafedra müdiri (1945-1955) işləmiş, 1956-cı ildən ömrünün sonunadək Azərbaycan SSR EA Tarix İnstitutunda şöbə müdiri olmuşdur. Tədqiqatları Azərbaycan tarixinin son orta əsr dövrünün (18 əsr) öyrənilməsinə həsr edilmişdir. H. Abdullayev Azərbaycan-Rusiya münasibətləri tarixinin (XVIII əsrin ikinci yarısı) ilk tədqiqatçısıdır.

Həsi Abdullayev
Həsi Behbud oğlu Abdullayev
Doğum tarixi
Doğum yeri Qarağac, Qubadlı rayonu
Vəfat tarixi (56 yaşında)
Vəfat yeri Bakı
İş yerləri
Təhsili

Həsi Abdullayev 25 dekabr 1910-cu ildə Rusiya İmperiyasının Qubadlı rayonunun Qarağac kəndində anadan olmuşdur[1]. Orta təhsilini Qubadlıda alan Həsi 1927-28-ci illərdə Şuşa Pedoqoji Məktəbində oxuyur, 1929-cu ildə Gəncə Dəmiryol Məktəbində müəllim işləyir. 1930-cu ildə Bakı pedagoji məktəbində təhsilini davam etdirir. 1939-40-cı illərdə Moskva Dövlət Universitetinin aspiranturasında təhsil alır və "Qubalı Fətəli xanın Şimali-Şərqi Azərbaycan dövlətini yaratmaq siyasəti" mövzusunda dissertasiya işini müdafiə edir.

H. Abdullayev müdafiədən sonra Bakıya qayıtmış, 1941-1948-ci illərdə ADU-da baş müəllim, Azərbaycan SSR EA-da elmi işçi kimi fəaliyyət göstərmişdir. 1943-cü ildə Azərbaycan KP Mərkəzi Komitəsinin məsul təşviqatçısı, 1944-cü ildən isə Azərbaycan SSR Xarici İşlər Nazirliyində məsul vəzifəyə təyin olunmuşdur.

1945-1955-ci illərdə Azərbaycan KP Mərkəzi Komitəsinin təbliğat şöbəsinin müdiri, mühazirəçilər qrupunun sədri, Azərbaycan KP MK-nın yanında Bakı Ali Partiya Məktəbində SSRİ tarixi kafedrasının müdiri işləmişdir. O, 1956-1967-ci illərdə Azərbaycan SSR EA Tarix İnistitutunun "Orta əsrlər tarixi" şöbəsinə rəhbərlik etmiş, 1963-cü ildə "Azərbaycan-Rusiya münasibətləri XVIII əsrin ikinci yarısında" mövzusunda doktorluq işini müdafiə edərək tarix elmləri doktoru adı almışdır. Onun bir çox sanballı elmi əsərləri vardır.

Həsi Abdullayev 23 mart 1967-ci ildə, 56 yaşında vəfat etmişdir.

  • Marksizm-leninizm və din, B., 1950.
  • Из истории Северо-Восточного Азербайджана 60—80 гг. XVIII века., B., 1958.
  • Азербайджан в XVIII веке и его взаимоотношение с Россией, B., 1965.[2]
  1. "Həsi Behbud oğlu Abdullayev". 2016-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-15.
  2. "Alimlər". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-12-20.