Həssən ibn Sabit

Həssan ibn Sabit (554, Mədinə674[1], Mədinə, ərəb. حسان بن ثابتḤəssan b. S̱abit) — Ərəb şairi, Məhəmməd peyğəmbərin səhabələrindən biridir. Ona “Rəsulullahın şairi” ləqəbi verilmişdir.

Həssan ibn Sabit
Doğum tarixi 554
Doğum yeri
Vəfat tarixi 674[1]
Vəfat yeri
Həyat yoldaşı
Fəaliyyəti şair

Tam adı Həssan ibn Sabit ibn əl-Münzir ibn əl-Xəzrəci əl-Ənsari (حسان بن ثابت بن المنذر الخزرجي الأنصاري)dir. Mədinədə doğulmuş, Xəzrəc qəbiləsindən olmuşdur. Təxminən 60 yaşında İslamı qəbul etmişdir. İslamı qəbul etdikdən sonra Məhəmməd peyğəmbərdən ayrılmamışdır.

O, şairlik istedadına malik olub, Məhəmmədin və müsəlmanların şərəfinə şeirlər yazmışdır. Səhhəti pis olduğu üçün döyüşlərdə iştirak etməsə də, şeirləri ilə müsəlman döyüşçülərin ruhunu yüksəldir. O, müxtəlif mübahisələrdə iştirak etmiş, şeirləri ilə müsəlmanlara ideoloji dəstək vermişdir.

Həssan Məhəmməd peyğəmbərin cariyəsi Mariyə əl-Qibtiyyə bacısı olan Sirinlə evlənmişdir[2]. Sirin və Həsən xoşbəxt həyat sürmüşdür. Onların atasının şairlik yolunu davam etdirən Əbdürrəhman ibn Həssan adlı bir oğulları olmuşdur[3].

O, təxminən 120 yaşında vəfat etmişdir.

  1. 1 2 Ibn ʿAdī ibn Mālik Ḥassān ibn Ṯābit // AlKindi.
  2. ət-Tabari, Tarix, S.131.
  3. "Из серии «Матери правоверных». Мария - представительница коптов". Журнал Аль-Ваъй (Сознание). Archived from the original on 2023-07-23. İstifadə tarixi: 2013-03-30.