Həyat qığılcımı

Həyat qığılcımı (alm. Der Funke Leben) — Erix Mariya Remarkın 1952-ci ildə nəşr edilmiş romanı. Əsər Remarkın 1943-cü ildə nasistlər tərəfindən başı kəsilmiş bacısı Elfridə həsr edilmişdir. Hadisələr uyğurulmuş Mellern şəhərində yerləşən konslagerdə baş verir. Həqiqətdə belə bir düşərgə olmamışdır, lakin onun təsviri zamanı Remark Buhenvalda dair məlumatlardan istidafə etmişdir. Mellern şəhərini isə özünün doğma şəhəri olan Osnabrük kimi təsvir etmişdir. Remark özü heç vaxt konslagerdə olmamışdır. Lakin romanda rəsmi hesablardan və şahidlərin ifadələrindən istifadə etmişdir.

Həyat qığılcımı
alm. Der Funke Leben
Müəllif Erix Mariya Remark
Orijinal dili ingilis dili, alman dili
Nəşr ili 1952

Əsərin konsepsiyası 1944-cü ildən hazır olsa da, o, işlərə 1946-cı ildə — bacısının cəzalandırılmasına dair məlumat əldə etdikdən sonra başlamışdır. Beş illik fəaliyyətindən sonra Remark başa düşür ki, o, bu mövzular üzrə həmin dövr üçün Almaniyada qüvvədən olan prinsipləri pozmuşdur. (bu barədə o, sonralar "Cənnətdə kölgələr" əsərində qeyd etmişdir). Bu səbəbdən bir neçə nəşriyyat evi əsərin nəşrindən imtina etmişdilər.