Həzrət Abbas ocağı

Həzrət Abbas ocağı-Ağcabədi şəhərindəki inanc yerlərindən biri.

Tarixi[redaktə | mənbəni redaktə et]

Bəzən el arasında bu ocağa Ayna ocağı da deyirlər. Keçmişdə bu ocağın yeri düzəngahlıq olub. Burada bir qoca arvad yaşayırmış. Bir gecə həmin arvada yuxuda deyirlər ki, daxmanın ətrafında qədim, müqəddəs bir qəbir var. Ətrafına ağac sancmış, ora içində kimyə olan bir kasa qoymuşuq; o yerin adı Həzrət Abbas ocağıdır. Get, bu barədə camaata danış. Arvad yuxusunu heç kəsə danışmır. Gecə arvad həmin yuxunu təkrar "görür" . Səhəri gün arvad yuxusunu gedib ağsaqqallara danışır. Camaat gəlib görür ki, doğrudan da, deyilən yerdə şam yanır. Camaat qəbrin ətrafını qarğı ilə hörürlər. Sonralar həmin yeri ocaqda oturan arvadın yaxın qohumu Ayna Cəfərqulu qızı Əmirova hasara aldırır. Ocağa uzun illər xidmət edərək özü də müqəddəsləşmiş Ayna arvad 90 il ömür sürdü, camaata Həzrət Abbas məhəbbəti aşıladı. Elə o zamandan da xalqın ziyarətgahına çevrilən bu yer Həzrət Abbas ocağı və ya Ayna ocağı adı ilə tarixləşdi.[1]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Hüsülü (Ağcabədi)

Kültəpə (Ağcabədi)

Xarici keçid[redaktə | mənbəni redaktə et]

agcabedi

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Nazim Tapdıqoğlu Ağcabədi Ensiklopediyası. Bakı-2007