Hüsülü — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Hüsülü kənd inzibati ərazi dairəsində kənd.[2] Qarabağ düzündədir.
Hüsülü | |
---|---|
40°04′17″ şm. e. 47°17′56″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Ağcabədi rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ0416[1] |
XIX əsrin əvvəllərində husulu Qarabağda maldarlıqla məşğul olan 13 ailədən ibarət kicik elat olmuşdur. Husulu mənşəcə qızılbaşların ustaclı tayfasının tirələrindən biri idi. XVII əsrdə bu tirəyə mənsub ailələr Şəhsevənlərə qarıŞmış və Qarabağda yaşamağa başlamışdılar. Yayı Sarıyer və Qırxqız yaylaqlarında, qışı isə Qarabağ düzündə keçirən hüsülülər əvvəlcə indiki kənddən 1 km. aralıdakı Məşədi Ələkbər Suatı (suat "su götürülən yer" deməkdir) adlı yerdə məskunlaşmışdılar. XIX əsrin ortalarında Hacı Həsən adlı bir nəfər indiki kəndin yerində kəhriz qazmış və əhali də buraya köçüb məskunlaşmışdır[3].
Əhalisinin sayı 4.199 (01.01.2007-ci il üçün)nəfərdir. Əhali əsasən heyvandarlıq, taxılçılıq və pambıqçılıqla məşgul olur. Kəndin dəliəhmədlilər, fətəlilər, pirilər, hacıusublular, eyvazlılar, qarağaclılar, mikayıllılar, qarakənd, sərxanlılar, xəlillilər, hüseynlilər, ərşəli, ağaməmmədlilər, oruclular, həsənlilər və başqa tayfaları vardır. Kəndə orta məktəb, mədəniyyət evi, kitabxana, xəstəxana uşaq bağçası, poçt-rabitə şöbəsi, dəyirman, məscid, musiqi məktəbi, bərbərxanalar, aptek, bulaq, artezian, müxtəlif ticarət-iaşə obyektləri, park, stadion və s.var.[4]
Kəndin ərazisində Qarabəytəpə, Fısqatəpə, Əhmədli təpəsi adlı mədəniyyət, arxeoloji abidələr var.[5]
Kənddə Hüsülü kənd məscidi dini icması fəaliyyət göstərir[6].
Ağcabədi rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |