Ağcabədi şəhəri

Bu məqalə Ağcabədi şəhəri haqqındadır. Ağcabədi rayonu üçün Ağcabədi rayonu səhifəsinə baxın.

AğcabədiAzərbaycan Respublikasının Ağcabədi rayonunun Ağcabədi şəhər inzibati ərazi dairəsində şəhər.[2] Ağcabədi rayonunun inzibati mərkəzi.

Şəhər
Ağcabədi
40°02′56″ şm. e. 47°27′00″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 1593
Mərkəzin hündürlüyü 16 ± 1 m
Saat qurşağı
Əhalisi
Əhalisi 136 000[1] nəfər (2020)
Rəsmi dili Azərbaycan dili
Rəqəmsal identifikatorlar
Nəqliyyat kodları 04, 99
Digər
agcabedi-ih.gov.az
Xəritəni göstər/gizlə
Ağcabədi xəritədə
Ağcabədi
Ağcabədi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ağcabədi yaşayış məntəqəsinin adı mənbələrdə ilk dəfə 1593-cü ildən çəkilir. Ağcabədi bir müddət mənbələrdə Ağcabədi Xəlfərəddin adı ilə qeyd olunmuşdur. Şəhərin mərkəzindəki çökəkliyin bir hissəsi keçmişdə Xəlfərəddin adlanırdı. XIX əsrin əvvəllərində ərazidəki xəlfərəddinlilər 88 ailədən ibarət bir icma olmuşdur.

Ağcabədi rayonu Azərbaycanın qədim yaşayış məskənlərindən biridir. Bu qədimliyi sübut edən maddi əlamətlərdən olan eneolit, tunc, antik dövrünə və orta əsrlərə aid yaşayış yerlərinin qalıqları – Kamiltəpə, Nərgiztəpə, Qaraköbərli, Yantəpə, QalatəpəGavur arxı diqqəti cəlb edir. Tarixçilər bu təpələri Misir ehramları ilə müqayisə edərək qeyd edirlər ki, hətta Gavur arxının Makedoniyalı İsgəndər tərəfindən təmir olunması güman olunduğu halda, XVI əsrdə Teymurləng tərəfindən tam təmir olunması tarixi faktdır. Rayonda orta əsrlərə aid daşdan yonulmuş formalı başdaşlarına qəbirstanlıqlarda rast gəlmək olur. Ağcabədi rayonu 1930-cu ildə təşkil edilmiş, 1963-cü ildə ləğv olunub Ağdam rayonunun tabeliyinə verilmiş, 1965-ci ildə isə yenidən müstəqil rayon olmuşdur.

Ağcabədi toponimi bəzi mənbələrdə ağca (burada "ağımtıl", "bozumtul", "boz") və bədi (ərəbcə, badiyə sözünün təhrif forması olub, "düzənlik", "düzən" deməkdir) sözlərindən ibarət olub, "bozumtul yer", "ağca düz" kimi açıqlanır. 1933-cü ildə Cəlilabad rayonunun ərazisində Ağcabədi adlı kənd qeydə alınmışdır. Əslində ağca (bozumtul, əkilməmiş) və bədi (türk dillərində bət/bet/bəd "dağ yamacı" mənasını ifadə edir) sözlərindən düzəlib, "əkilməmiş dağ yamacı" deməkdir. Ərazinin coğrafi mövqeyi bunu bir daha sübut edir.

Ağcabədi şəhəri 2012 [ölü keçid]

Muğanlı kəndində eramızdan əvvələ aid tarixi abidələr aşkar edilmişdir.

İl Sayı
1959 13.985 [3]
1970 17.036 [4]
İl Sayı
1979 20.296 [5]
1989 25.162 [6]
İl Sayı
2011 39.200
2020 136.000 [7]

Tanınmış şəxsləri

[redaktə | mənbəni redaktə et]
  • Üzeyir Hacıbəyov — tanınmış bəstəkar.
  • Vilayət Quliyev — 1999–2004-cü illərdə Azərbaycanın Xarici İşlər Naziri.
  • Tofiq Bəhramov — Azərbaycanlı futbol hakimi.
  • Aqil Abbas — Milli Məclisin Deputatı.
  • Mansur Piriyev — Jurnalist, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya Təminatı və İnnovativ Həllər şöbəsinin müdiri

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Ağcabədi şəhərində 3 yeni açılmış süd emalı zavodu və bir neçə bankın filialı yerləşir.

Qardaş şəhərlər

[redaktə | mənbəni redaktə et]
  1. "Ağcabədi rayon icra hakimiyyəti". 2021-05-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-16.
  2. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  3. SSRİ əhalisinin siyahıya alınması (1959).
  4. SSRİ əhalisinin siyahıya alınması (1970).
  5. SSRİ əhalisinin siyahıya alınması (1979).
  6. SSRİ əhalisinin siyahıya alınması (1989).
  7. http://agcabedi-ih.gov.az/page/12.html.