Bu məqaləni vikiləşdirmək lazımdır. |
Haşımbəy Saqib (5 dekabr 1870, Buzovna, Bakı qəzası – 1931, Bakı) — Azərbaycanlı şair, publisist, xeyriyyəçi.
Haşım bəy Heybətbəyov | |
---|---|
Haşım bəy Hacı bəy oğlu Heybətbəyov | |
| |
Doğum adı | Haşım bəy |
Təxəllüsü | Saqib |
Doğum tarixi | 5 dekabr 1870 |
Doğum yeri | |
Vəfat tarixi | 1931 |
Vəfat yeri | |
Vəfat səbəbi | qəflətən |
Milliyyəti | Azərbaycanlı |
Həyat yoldaşı | Xoşsima Ahund-zadə |
Uşaqları | Rübabə, Nuriyyə, Nəcibə, Ruhiyyə |
Atası | Hacı bəy |
Təhsili | Dini təhsil |
İxtisası | Dinni təhsil |
Fəaliyyəti | jurnalist, şair, publisist, mesenat[d], müəllim |
Fəaliyyət illəri | 1890–1931 |
Əsərlərinin dili | Azərbaycanca |
Dövrünün ziyalı, zəkalı şairi, həmçinin sözü mərdanə, üzə kişi kimi deməyə bacaran klassik şairimiz Haşım bəy Saqibin adı heç birdərslikdə, müntəxabatda, ədəbiyyət tarixi ilə bağlı kitablarda yoxdur.
Bolşevizmin, "sosializm quruluşu"-nun siyasətini ifşa edən əsərlərin müəllifini heç bir naşir, vəzifəsi xatirinə nəşr edə bilməzdi!
1920-ci ilə qədər Bakıda, o cümlədən Azərbaycanda məşhurlaşan Haşım bəy Saqibin bir çox şeiri, xüsusilə "Kim-kimədir", "Hər kəs öz keyfindədir", Necə ah eyləməyim" şeirləri, növhələri geniş yayılmışdır.
Həmin şeir və növhələri yaşlı bakılılar, həmçinin din xadimləri, ruhanilər yaxşı xatırlayır, hətta əzbər bilirlər. Şairin qızı Nuriyyə xanım deyirdi ki, bu şeirlərə görə Haşım bəy Saqibə çoxlu təzyiqlər olmuş, lakin şair öz əqidəsinə sabiq qalmış, zəmanəsinin və xalqın dərdlərinə əsərlərində yer verməkdə davam etmişdir.
Haşım bəy Saqib haqda ətraflı məlumatı Azərbaycan teatrı və kinosunun parlaq ulduzlarından biri, Xalq artisti Nəcibə Məlikovada verib.
O demişdir ki özümə söz vermişəm ki haçansa gün gələr, mən atamın şeirlərini bir yerə yığar, nəşr və təbliğ edər, bəlkə bununla da böyük, müqtədir söz ustadının ruhunu şad etmiş olaram.
Birdə ona inanıram ki, vaxt gələr, dərsliklərin, ədəbiyyat müntəxəbatlarınin, salnaməların nəşri ilə məşğul olacaq müəlliflər haşirlər öz əsərləridə həmişəyaşar, cavidan şairimiz haqda məlumatlar verəcəklər.
Haşım bəy Hacı bəy oğlu Heybətbəyov (Saqib) 1870-ci ildə Bakının Buzovna kəndində nufuzlu ruhani, ziyalı və tacir ailəsində doğulmuşdur.
Heybətbəyovlar təkcə Buzovnanın deyil, eyni zamanda Bakının ən məşhur və qədim nəsillərindən biridir. Əsərlərini-qəzəl, həcv, rübai, növhəvə mərsiyələrini "Saqib" təxəllüsü ilə yazmış Haşım bəy həyat və fəaliyyətini aşağıdakı kimi bölmək daha düzqün olardı: rühani, tacir, şair, xeyriyyəçi, jurnalist.
Haşım bəy Saqibin atası Hacı bəy Heybət bəy oğlu Bakıda, Dərbənddə, Petrovsk-portda(1923-cü ildən Mahacqala) və Səmərqənddə ticarət mərkəzləri ilə əlaqə saxlamış, Hasım bəy ilk gənclik illərində, xüsusilə atasının vəfatından sonra da həmin şəhərlərdəki ticarət mərkəzləri və kontorlarının sahibi olmuş, hətta bir necə dövlətlə sərbəst alış-veriş etmişdir.
Haşım bəy Saqibin babası Əliyar bəy də şeir və sənət hamisi idi. Bir dəfə Əliyar bəy şamaxılı Mahmud ağa ilə birlikdə "Beytüş-səfa" şeir məclisinin qonağı olmuş fransız yazıcısı Aleksandr Dümanın Bakıya gəldiyini eşidir.
Dərhal Aleksandr Dümanı evinə dəvət edir, Buzovnadakı mülkündə bir necə gün qonaq saxlayır, şərəfinə ziyafətlər verir, şeir-muğam məclisləri təşkil edir.
Düma Əliyar beydən minnətdarlıqla ayırılır, yerli şairlərin, peşəkar müğam ustalarıni falarından məmnun qaldığını dilə gətirir. Bu faktı, Bakıda olarkən rus şərqşunası Berezin 1837-ci ildə nəşr olunmuş "Qafqaza səyahət" adlı kitabında da Buzovnada Əliyar bəyin qonağı olmasından, onun evində şeir-müğam məclislərində iştirakından yazmışdır. Haşım bəy ilk dini təhsilini ruhani atasından, sonralar atasının dostu və həmkədlisi Kərbalayi Əziz İmaməliyevin öz şəxsi mülkündə təsis etdiyi mədrəsədə almış, "Quran"-nı dəfələrləoxuyub başa çıxmışdır.
Ərəb, fars, türk, özbək, cıgatay, rus dilləri, və ədəbiyyatını, islam, şəriət və ilahiyyat tarixini müstəqil, mükəmməl öyrənmışdir. Söylənildiyinə görə iti hafizəvə qavrama qabiliyyətinə görə Haşım bəy Saqib Firdovsi, Cədi, Hafiz, Cami, Xaqani, Nizami, Füzuli yaradıcılıqlarını əzbər bilmişdir.
Haşım bəy Saqib ədəbiyyata təsadüfən gəlməmişdir. Məlumatlara görə hələ dini təhsil aldığıilk gənclik illərində, atasına ticarət işlərində kömək etməyə başladığı vaxtlarda şer yazmağa başlamışdır.
Haşım bəy Saqib dövrünün nüfüzlu üləmaları, rühaniləri, həmkəndliləri aytətullah Ahund Şeyx Qulamhüseyn, Ahund Şeyx Molla Kamiyab(atrist Sidqi Ruhullanın qardaşıdır-naşir), Hüseynqulu Sarabski, Hüseyn Ərəblinski, Sidqi Ruhulla, Mirzəağa Əliyev, Cabbar Qaryağdıoğlu, öanəndə-milyonçu Seyid Mirbabayev, Mirzə Mənsur Mənsurov və onunla yaxın dost dost olmuş, elmi-dini, ədəbi və musiqi məclislərində onlarla birlikdə iştirak etmişdir.
Yazılı mənbələrdən və şəxsi arxivlərdən əldə edilmiş bəzi əsərlərdən müəyyənləşib ki, Bakının bəzi şairləri Haşım bəy Saqibə ithaflar yazmış, həmin ithaflarda Saqibin öz əsərlərində işlətdiyi misra, yaxud məfhumları da vermişlər.
Bunlara Səməd Mənsurun "Haşım bəy Saqibə", Ağasəlim Fədainin (İmamaliyev) "Kim-kimədir" ithaflarını misal kimi göstərmək olar.
Haşım bəy Saqib 1931-ci ilin dekabrında qəflətən vəfat etmişdir.
Məzarı Bibiheybət qəbirstanlığındadır.
1931-ci ildə nəşr olunmuş dövrü mətbuat orqanlarının heç birində şairin nekroloquna rast gəlinmir.
Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitunun 10 iyul 2009-cu il tarixli 7 nömrəli qərarına əsasən "HAŞIM BƏY SAQİB. DİVAN" nəşr edilmiş 512 səhifəli kitabda Haşım bəy Saqibin bəzi qəzəlləri, növhələri və müxtəlif şeirləri işıq üzü gördü.