Haband

HabandV-VII əsrlərdə Albaniyanın Arsak əyalətində mahal adı[1]. Ermənicə yazılışda əvvəlinə "h" səsinin əlavəsi ilə "Habant" kimidir. Albaniya ərazisində erkən orta əsrlərdə iki Abant vardı. Biri Alazanın yuxarı axınında, onun Lonati çayı ilə birləşdiyi yerdə çay adı. E.ə. 65-ci ildə Roma ordusu ilə Alban ordusu arasında qanlı vuruşma bu çayın sahilində baş vermişdir.[2] Gürcüstanın Telavi rayonununda olan bu çayın adı indi də qalmaqdadır — Abant adlanır. Digəri Yuxari Qarabagda. Axırıncı dəfə 1727-ci ilə aid mənbədə təxminən Gədəbəy rayonu Şamlıq kəndinin yaxınlığında Avan kimi çəkilir. Qədim türkmənşəli Aban tayfa adındandır.[3]

Arsak və ya ArsaxAzərbaycan ərazisində türk tayfalarına məxsus qədim toponimdir. "Arsax" sözü qədim türk tayfası olan sakların adı ilə bağlıdır və "igid sak", "ər sak", "sak kişisi" mənalarını verir. E.ə. II əsrdən etibarən indiki Qarabağ ərazisi və ondan cənubda olan (Cənubi Azərbaycan) bəzi ərazilər Arsak adlanırdı. Sonradan Qarabağ toponiminin işlədilməsi Arsak sözünü sıxışdırmışdır. Lakin, hələ də Qarabağ sözü ilə paralel olaraq işlədilməkdədir. Alban dövlətinin süqutundan sonra patriarxlığın mərkəzi Arsaxa keçir. Mənbələrdə Arsax "möhkəmləndirilmiş vilayət", "möhkəm ölkə" adlanırdı. İlk orta əsrlərdə erməni tarixçilərinin əsərlərində bu söz Artsax kimi verilib. Türkcə izah olunduğu halda, bu söz nə qədim, nə də müasir erməni dilində heç bir məna vermir.[4]

Abant adının ermənicə yazılışıdır. Albaniyanın şimal-qərb bölgəsində (yəni Şəki-Zaqatala bölgəsində) e.ə. 65-ci ildə Qney Pompeyin Albaniyaya hərbi səfəri ilə əlaqədar Avant çayının adı çəkilir (Plutarx, pompey, XXXV). Musa Kalankatlı Albaniyada Abant adlı üç mahal qeyd edir: Arsakda (Yuxari Qarabagda), (1 kitab, 14-cü fəsil), Albaniyanın şimal-qərbində, yəni Şəki-Zaqatala bölgəsində və Sisakanda-qərbində, yəni Şəki-Zaqatala bölgəsində və Sisakanda. Deməli, antik müəllifin qeyd etdiyi Abant çayı alban tarixçisinin Albaniyanın şimal-qərbində çəkdiyi Abant nahiyə adı ilə eynidir. Yuxari Qarabagdakı Abant axırıncı dəfə 1727-ci ildə bir mənbədə çəkilir, lakin Evan formasında. Strabonun "Coğrafiya" əsərində deyilir ki, (Strabon, XI 5,1) qarqarlar amazonkaların qonşuluğunda (indiki Dərbənd bölgəsində) yaşayırlar. Yuxarıda biz Samur nahiyəsində bir dağın Qarqardağı adlandığı demişdik. Həmin müəllif yazır ki, qarqarlar frakiyalarla və evbeylərlə birlikdə amazonkalara qarşı vuruşmuşlar. Evbey adlanan tayfa həm də Abant adlanırdı. Deməli, Abant tayfası Cənubi Qafqaza qarqarlarla birlikdə gəlmişdir. Qarqarların yaşadıqları bölgələrdə Abant toponimləri də vardır. Abant etnonimi isə Aban tayfa adından və qədim türk dillərində cəm bildirən "t" şəkilçisindən ibarətdir. Gürcüstanın toponimiyasında bu etnonim məhz Aban formasında əksini tapmışdır. Qori qəzasında Abano kənd və Abanostskali çay, Duşet qəzasında Abano kənd, Raçin qəzasında Abano kənd adları bu etnonimin izləridir. Qərbi Azərbaycanda da Aban və Avan formalarında bir neçə kənd adı vardır. Avan adlı məntəqə Anadoluda da məlumdur lakin tədqiqatçılar onu Van qalasının adı hesab edirlər.[5]

  1. "Albaniya tarixi", 1 kitab, 10-cu fəsil
  2. Plubarx. Pompey, 35; Dion Kassi, XXXVII, 36
  3. B. Ə. Budaqov, Q. Ə. Qeybullayev "Qarabağın etnik məskunlaşma tarixi və toponimləri" Bakı 2022
  4. "Qarabağ: etimologiyasi, ərazisi və sərhədləri". 2014-02-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-06.
  5. B. Budaqov, Q. Qeybullayev Yuxarı Qarabağın Toponimləri