Hacı-Murad Cussati

Hacı-Murad Cussati (oset. Дзуццаты Хадзы-Мурат; 1 yanvar 1935, Kornis[d], Cənubi Osetiya Muxtar Vilayəti1 iyun 2000, Vladiqafqaz) — XX əsrin altmışıncı illərinin Sovet və Cənubi Osetiya şairi, tərcüməçi, ədəbiyyatşünas və ictimai xadimi. Kosta Xetaqurov adına Cənubi Osetiya Mükafatı laureatı (1988).

Hacı-Murad Cussati
Doğum tarixi 1 yanvar 1935(1935-01-01)
Doğum yeri
Vəfat tarixi 1 iyun 2000(2000-06-01) (65 yaşında)
Vəfat yeri
Fəaliyyəti şair, tərcüməçi, ədəbiyyatşünas
Əsərlərinin dili Osetin dili

1935-ci ildə Cənubi Osetiya Muxtar Vilayətinin Kornis kəndində kəndli ailəsində anadan olmuşdur İlk şeirlərini 1947-ci ildə 12 yaşında ikən Cənubi Osetiya dövri nəşrlərinin səhifələrində nəşr etdirmişdir[1].. 1952-ci ildə orta məktəbi doğma kəndində qızıl medalla bitirir. Elə həmin il M. Qorki adına Moskva Ədəbiyyat İnstitutuna daxil olur. Eyni ildə Yevgeni Yevtuşenko, Robert RojdestvenskiBella Axmadulina ilə birlikdə oxuyur[2].. 1956-cı ildə ilk şeir toplusunu olan "İlk söz" (oset. «Фыццаг ныхас») kitabını nəşr etdirir. 1957-ci ildə ali təhsil aldıqdan sonra Cənubi Osetiyaya qayıdır və burada İriston kitab nəşriyyatında redaktor işləməyə başlayır. Sonra Z. Vaneyev adına Cənubi Osetiya Elmi-Tədqiqat İnstitutunda elmi tədqiqatla məşğul olur. 1960-cı ildə "Dəyişiklik küləyi" toplusunu "Sovet Yazıçısı" nəşriyyatında rus tərcüməsində nəşr etdirir[3]. 1961-ci ildə 26 yaşında SSRİ Yazıçılar Birliyinə qəbul edilir[4]. Elmlər namizədi elmi dərəcəsi almaq üçün namizədlik dissertasiyasını müdafiə edir. 1986–1990-cı illərdə SSRİ Yazıçılar Birliyinin Cənubi Osetiya şöbəsinin məsul katibi olur. 1990-cı ildən Cənubi Osetiyanın "Xurzarin" qəzetinin redaktoru kimi fəaliyyət göstərir. 1993-cü ildə siyasi səbəblərdən Vladiqafqaza köçür və burada "Max duq" ədəbi jurnalında şeir və dram şöbəsinin redaktoru işləməyə başlayır.

Ədəbiyyatşünaslıq və ədəbi tənqidlə məşğul olur. Bir neçə tənqidi monoqrafiya toplusunu nəşr etdirir. Onun şeirləri Vladimir Mayakovskinin əsərlərindən təsirlənir[5]. Osetin şairi Sergey Xuqayevə görə, Hacı-Murad Cussatinin əsəri "Osetiya poeziyasına yeni bir forma gətirmiş İnsanlar bunun "Mayakovski misrası" nın forması olduğunu söyləyirlər. Hacı-Murad bu formanı Osetiya şeirinə daxil edir və orada möhkəmləndirdi. O … bir çox Osetiyalı yazıçıların yaradıcılığının öyrənilməsinə böyük töhfə verir ".

1980-ci illərin sonunda o, Cənubi Osetiyanın ictimai həyatında fəal iştirak edərək Gürcüstandan ayrılmağı müdafiə edir. Cənubi Osetiyanın "Adamon nixas" ictimai təşkilatını dəstəkləyir. 20 sentyabr 1990-cı ildə Cənubi Osetiya Muxtar Vilayətinin Xalq Deputatları Regional Şurasının sessiyasında Cənubi Osetiyanın müstəqilliyinin elan edilməsi ilə bağlı təklif irəli sürür.

Ömrünün son aylarında "İki əsr arasında" (oset. «Дыууæ дуджы астæу») şeirlər toplusunu nəşr etdirir.

2000-ci ildə dünaysını dəyişir. Doğulduğu Kornis kəndində dəfn edilir.

Kosta Xetaqurov adına mükafat — "Zaman və Ədəbiyyat" tənqidi məqalələr toplusuna görə (1988)[6]

  • Бибоева И. Г., Казиты М. Р., Писатели Осетии, библиографический справочник, Владикавказ, Ир, 2015, стр. 399–401, ISBN 978-5-7534-1499-01
  • Сатцаев Э. Осетинские писатели. С. 22–26
  • Бицоев Г. Он верил: родится новый источник красоты//Мах дуг. 2001. № 3. С. 153–158
  1. "Поэт и гражданин Хаджи-Мурат Дзуццати". 2019-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-21.
  2. "Поэт Хаджи-Мурат Дзуццати в воспоминаниях старшего сына". 2019-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-21.
  3. Игорь Дзантиев, Поэт и гражданин Хаджи-Мурат Дзуццати Arxivləşdirilib 2019-10-20 at the Wayback Machine
  4. "Его называли "осетинским Есениным"". 2019-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-21.
  5. Бибоева И. Г., Казиты М. Р., Писатели Осетии, библиографический справочник, стр. 399
  6. "Южная Осетия. Год за годом (1988 г.)". 2019-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-21.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]