Bella Axmadulina

Bella (İzabella) Ahatovna Axmadulina (rus. Бе́лла (Изабе́лла) Аха́товна Ахмаду́лина; 10 aprel 193729 noyabr 2010) — SovetRusiya şairəsi, yazıçı və tərcüməçisi, XX əsrin ikinci yarısında ən böyük rusiya lirik şairələrindən biri. Beynəlxalq PEN Klubunun Rusiya bölməsinin Rus PEN Mərkəzinin icraiyyə komitəsinin və A.S.Puşkin adına Təsviri incəsənət muzeyinin dostları Cəmiyyətinin üzvü, Amerika İncəsənət və Ədəbiyyat Akademiyasının fəxri üzvü.

Bella Axmadulina
Белла Ахмадулина
Bella Axmadulina Rusiya Dövlət Mükafatının təqdimetmə mərasimində (2005)
Bella Axmadulina Rusiya Dövlət Mükafatının təqdimetmə mərasimində (2005)
Doğum tarixi
Doğum yeri Moskva, SSRİ
Vəfat tarixi (73 yaşında)
Vəfat yeri Peredelkino, Moskva vilayəti, Rusiya
Vəfat səbəbi ürək-damar xəstəliyi[d]
Dəfn yeri
Vətəndaşlığı SSRİ SSRİ, Rusiya
Həyat yoldaşları
Atası Ahat Axmadulin
Təhsili
Fəaliyyəti şairə, yazıçı, tərcüməçi
Fəaliyyət illəri 19552010
Əsərlərinin dili Rus dili
Janr Lirika
Üzvlüyü
Mükafatları SSRİ Dövlət mükafatı
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

19 yaşında Qorki adına Ədəbiyyat institutuna daxil olanda Bella artıq ulduz idi. Hamı onunla tanış olmağa can atırdı. Şairə ətrafındakıları nəinki şeirləri, özünəməxsus oxumaq qaydası ilə və həm də özünə əminliyi ilə heyran edirdi.

Nasir və şair Kiril Kovalci Bellanı belə xatırlayırdı: “Sanki qız kim olduğunu və rus poeziyasında nə kimi yer tutduğunu atıq bilirdi”.

Bellanın poeziyasının rus ədəbiyyatına daxil olmasına heç kim şübhə eləmirdi, İosif Brodski özü şairəni lermantov-pasternak xəttnin şəksiz varisi sayırdı. Pavel Antokolskiy adlı şair-dramaturq yazırdı: “Salam, Bella adlı möcüzə!”. Məşhur sirk artisti Leonid Yengibarov tez-tez təkrarlayırdı: “Belloçka, bu işıqlı dünyada iki faciəvi kloun var, biri sənsən, biri mən”.

Lakin üçüncü kursda ikən Bellanı universitetdən qovdular. Rəsmi sənədlərdə marksizm-leninizm üzrə fənn imtahanlarını verə bilmədiyinə görə çıxarıldığı yazılmışdı.

Əslində isə Bella Pasternaka edilən zülmü dəstəkləməkdən imtina etmişdi.

Zaman keçəcək, Bellanı universitetə bərpa edəcəklər ki, qırmızı diplom alsın. Lakin bundan sonra da o, təqib olunan sovet dissidentlərinə - Andrey Saxarova, Lev Kopelyeva, Georgi Vladimova, Vladimir Voynoviçə - dəstək olduğunu deməkdən qalmır... Onun dəstək bəyanatları “Amerikanın səsi” və “Azadlıq” radiolarında, “Nyu-York Times”da yayımlanır. Lakin bu bəyanatlar Bellaya baha başa gəlir – onun əsərlərini çap etməkdən imtina edirlər.

Bella 60-cılar şairləri arasında əsl kraliça idi: ona hörmət edirdilər, çoxu hətta ona aşiq olmuşdu. Lakin şairə qiymətini bilirdi, eşq yaşamaq imkanlarını qiymətləndirirdi. Üç rəsmi nikah və onlarla roman...

Bellanın ilk nikahı üç il çəkdi, lakin hələ indi də bu nikahı müzakirə edirlər. Yevgeni Yevtuşenko ilə o, hələ universitetdə oxuyanda tanış olmuşdu. Yevgeni onu belə xatırlayırdı: “Bella cənnət quşu kimi insanı heyran edirdi, baxmayaraq ki, əynində “Bolşeviçka” fabrikinin boz kostyumu, adi səndəlləri var idi, saçını hörmüşdü. Nə gözəllikdə nə də poeziyada onun rəqibi var idi. Onun davranışında hətta sünilik də təbii alınırdı”.

Bella ilə Yevtuşenkonun coşqun sevgi romanı haqda hamı bilirdi, onlar dava-dalaşlarını da gizləmirdilər. Yevtuşenko arvadını pərəstişkarlara, qonşulara, hətta yaradıcılıq gecələrində verilən çiçəklərə belə qısqanırdı. Amma Bella da bu qısqanclıqlara əsaslar verirdi. Marina Vladi onun xarakterini dəyişkən kimi qiymətləndirirdi: “Elə bil səhər yağışıdır, 10 dəqiqə sonra günəş çıxır, birdən də fırtınaq qopurdu”.

Yevtuşenki ayrılığa səbəb olacaq hansısa qalmaqallardan danışmırdı, sadəcə sevgi bitdi və biz ayrıldıq, deyirdi. Bir neçə ay sonra şairənin yeni sevgisi dillərə düşdü. Bu dəfə onun seçimi kinematoqrafiya və ədəbiyyatın yeni parlayan ulduzu Vasiliy Şukşin idi. Onların sevgi romanı qısa çəkdi, amma bu müddətdə Vasili şairəni “Belə oğlan yaşayır” filminə çəkməyə macal tapdı.

Sonrakı nikah Yuri Naqibinlə oldu. “... o ağzına kimi dolu nömrədə zərif gərgin və sərt səslə öz şeirlərini oxuyanda heyranlıq və fəxr hiss edirdim. Oturmağa cəsarət etməmişdim, həyəcandan və xoşbəxtlikdən ayaqlarım qatlanırdı, o məni seçmişdi...”

Daha sonra şairənin həyatında balkar klassikinin oğlu Eldar Quliyev peyda oldu, Eldar Belladan 17 yaş kiçik idi. Az sonra onun bu adamdan bir qızı da dünyaya gəldi.

Lakin Bellanın həyatında əsas kişi teatr rəssamı, heykəltaraş və rəngkar Boris Meserer idi. Bella onunla 30 ildən artıq bir zaman yaşadı. Meserer Bella üçün qoruyucu mələk idi. Öz şeirlərindən birində o ərinə müraciət edirdi: “Mənim həyat yolumun mütəvazi bələdçisi...”

Mesererin qayğısı şairəyə həyatının son illərində böyük hədiyyə idi. Bella xərçəngdən əziyyət çəkirdi, tamamən kor olması üzündən oxuya bilmirdi. Şairəni qorumaq üçün ailəsi diaqnozu ondan gizləsə də ölümdən qoruya bilmədilər.

2010-cu ilin 29 noyabrında 73 yaşlı Bella Axmadulina təcili yardım maşınında dünyadan köçdü.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Find a Grave (ing.). 1996.