Hacı İbrahim ağa Axundov

Hacı İbrahim ağa Axundov — Qarabağın tanınmış din xadimi, Axund Molla Mustafa Əliyevin oğlu, Ağamalının nəvəsi.

Hacı İbrahim ağa Axundov
azərb. Hacı İbrahim ağa Axund Molla Mustafa oğlu Axundov
Doğum tarixi
Doğum yeri Seyidli kəndi, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Vəfat yeri Seyidli kəndi, Şuşa qəzası
Atası Axund Molla Mustafa Əliyev
Anası Çəmənli kəndində xanım

Hacı İbrahim ağa Axund Molla Mustafa oğlu Axundov 1869 ildə Şuşa qəzasının Seyidli (indiki Ağdamın Seyidli kəndi) kəndində anadan olmuşdur. Seyidli oymağının Kərbəlayi Miralılar soyundandır. İlk təhsilini atasından almış, ərəb, fars dillərini, şəriət elmlərini öyrənmişdir. Sonralar Nəcəfdə ali dini təhsil almışdır. Uzun illər Nəcəfdə dərs demiş, atasının vəfatından sonra Ağdam Cümə məscidinin axundu seçilmişdir. Həcc ziyarətində olduğu üçün Hacı İbrahim ağa adı ilə Qarabağda din xadimi kimi tanınmışdır.

Gülzadə Abdulovanın (Axundova) verdiyi məlumata görə, Cəlil Məmmədquluzadə ilə Həmidə xanımın kəbinlərini Hacı İbrahim ağa Axundov kəsmişdir. Onun icazəsi olmadan heç bir molla məclis apara bilməzmiş. Ağdam, Bərdə, Ağcəbədi ərazisində kəbin, uşaq olması və ölüm məsələlərini Hacı İbrahim ağa həll edərmiş.

Hacı İbrahim ağa Axundov iki dəfə evlənmişdir. Onun birinci evliliyindən Qasım adlı bir oğlu olmuş, gənc yaşlarında öldürülmüşdür. Qasım gənc yaşlarında hörmət qazandığı üçün onun ölümünə bütün Seyidli camaatı yas saxlamışdır. İkinci evliliyindən Məhəmməd, Bəşir, Əşrəf adlı övladları dünyaya gəlmişdir.

  • Orxan Zakiroğlu (Baharlı). Qarabağın Seyidli oymağı. I kitab. Bakı, 2017
  • Orxan Zakiroğlu (Baharlı). Ağdam Cümə məscidinin axundu — Hacı İbrahim ağa. "Vedi inform" qəzeti, 17–24 oktyabr 2014-cü il, № 29 (70)