Hacı Mail

Hacı Mail Əliyev (25 oktyabr 1935, Nardaran22 avqust 1999, Bakı) — Azərbaycan şairi, qəzəlxan, füzulişünas alim, filologiya elmləri namizədi.

Hacı Mail
Mail İsmayıl öğlu Əliyev
Doğum tarixi 25 oktyabr 1935(1935-10-25)
Doğum yeri
Vəfat tarixi 22 avqust 1999(1999-08-22) (64 yaşında)
Vəfat yeri
Fəaliyyəti şair, qəzəlxan

Hacı Mail Əliyev 1935-ci ildə Nardaranda anadan olmuşdur.[1]

Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirmişdir (1960). 18 il (başqa məlumata görə görə 20 ildən artıq) Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda çalışıb. «Məcməüs-şüəra» ədəbi məclisinin bərpaçısı, «Füzuli» ədəbi məclisinin təşkilatçısı və sədri olmuşdur. Bu məclisdə qəzəlxan şairlərlə yanaşı, ustad xanəndələr də iştirak etmişlər.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Sənətkar və tədqiqatçı kimi formalaşmasında Nardaran ədəbi mühitinin (Mirzə Abbas Şahini, Hacəli Pərişanı, Zəki Məcid oğlu, Hacı Şıxəli Tuti, Ağarza Qəmli, Muxtar Fail, Hacı Paşa Əzadar və b.) o cümlədən klassik ədəbiyyatı mükəmməl bilən, Füzuli vurğunu atası İsmayıl kişinin böyük təsiri olmuşdur. Mindən çox qəzəlin, həmçinin qəsidə, tərcibənd, qitə, təxmis, qoşma və s. şeirlərin müəllifidir. Qəzəlləri muğamda xanəndələr tərəfindən geniş istifadə olunur.

Fars və ərəb dillərini yaxşı bildiyindən orta əsrlərin əlyazmaları üzərində dərin tədqiqat işləri aparmışdır. Məhəmməd Füzulinin Bakıda, Londonda, Sankt-Peterburqda və Daşkənddə qorunub saxlanılan doqquz əlyazma nüsxəsini və iki qədim çap nüsxəsini dərindən araşdırmaqla “Füzuli divanının tekstoloji tədqiqi və elmi-tənqidi mətni” əsərini yazmışdır. Bu əsərə görə “filologiya elmləri namizədi” elmi dərəcəsinə müdafiəsiz layiq görülmüşdür. Görkəmli akademik Vasim Məmmədəliyev Hacı Mailin füzulişünaslığını belə qiymətləndirmişdir: “Cəsarətlə deyə bilərəm ki, ürəfa məclislərində Füzulini Əli Fəhmidən sonra Hacı Mail qədər gözəl aça bilən ikinci şəxsə rast gəlməmişəm”.

Bədii əsərləri:

[redaktə | mənbəni redaktə et]
  1. Qəzəllər. Bakı-1986.
  2. Qəzəllər. Bakı—1994. 296 s.
  3. Divandan seçmələr. Bakı-2000. 81s.
  4. Divan. Bakı-2006. 494s.
  5. Qoşmalar. Bakı-2006. 134 s.

Tərtib etdiyi və redaktor olduğu kitablar:

[redaktə | mənbəni redaktə et]
  1. Cahanşah Həqiqi. Seçilmiş əsərləri. Tərt. ed., müq. lüğ. Ə.Rəhimov, L.Hüseyinzadə, H.Mail. Bakı-1986. 142s.
  2. Sona Xəyal. Mirzə Əbdülxalıq Yusif. Red, C. Nağıyeva; Məsləhətçi: Hacı Mail. Bakı-2000. 125 s.
  3. Səfa. Bizimdir eşq dünyası. Şeirlər.; Tərtib edəni və ön sözün müəllifi: S.Xəyal; Red.: H.Mail, C.Nari; Bakı- 2002. 36 səh
  4. Mirzə Əbdülxalıq Yusif. Diriltdi aləmi eşqin nidası... Tərt. ed. Sona Xəyal; Red. Hacı Mail; Bakı- 2002. 128 s.
  5. Cahanşah Həqiqi. Şeirlər. Tərt. ed., Ə.Rəhimov, L.Hüseyinzadə, H.Mail. Bakı-2006. 152s.
  6. Kişvərinin seçilmiş əsərləri. Red. H.Mail.
  7. Məhəmməd Füzulinin «Leyli və Məcnun» əsərinin elmi - tənqidi mətni. Red. H.Mail.
  8. Hacı Şeyx Əli Tutinin şeirləri. Red. H.Mail.
  9. Dahilərin göz yaşı. Tərt. ed. H.Mail.
  1. Türkan Bəşir, Elmin Nuri. ""Bir kəndin məşhurları" - Nardaran kəndinin tanınmışları" (az.). modern.az. 22.09.2015. 2021-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-27.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]