Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələrəlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.
Vasim Məmmədəliyev 1942-ci il avqust ayının 27-də Bakı şəhəri Kürdəxanı kəndində anadan olmuşdur . 1949–1959-cu illərdə Bakı şəhər 113 saylı orta məktəbdə təhsil almışdır.
1981–1991 — BDU-nun Şərqşünaslıq fakültəsinin dekanı.
1989 — İraq Elmlər Akademiyası, 1994 — İslam Təşkilatı Konfransı nəzdində İslam Hüququ Akademiyası, 1995 — Suriya Quran Elmləri və Ərəb Filologiyası Akademiyası, 2003 — Misir Ərəb dili Akademiyasının üzvü seçilmişdir.
2003 — Dağıstan Respublikasının Əməkdar elm xadimi adına layiq görülmüşdür.
2007 — Azərbaycan Milli Elmlər Akademiyasının akademiki seçilmişdir.
30-dan artıq dissertasiya işinə elmi rəhbərlik, 40-dan çox dissertasiya işinə rəsmi opponentlik etmişdir. 20 kitabın, 600-dən çox elmi və elmi-kütləvi məqalənin müəllifidir. Əsərləri dünyanın 15-dən artıq ölkəsində nəşr edilmişdir.
Türkiyə, İran, İraq, Misir, Liviya, Gürcüstan, Rusiya, Səudiyyə Ərəbistanı, Suriya, BƏƏ, Küveyt və digər ölkələrlə sıx elmi əməkdaşlıq əlaqələri var.
Vasim Məmmədəliyev akademik Ziya Bünyadov ilə sovet rejimi dövründə Qurani-Kərimi ilk dəfə Azərbaycan dilinə tərcümə etmişdir. İlk dəfə 1991-ci ildə işıq üzü görmüş bu tərcümə indiyə qədər müxtəlif illərdə 10 dəfə nəşr olunmuşdur.
Azərbaycan — İraq Dostluq Cəmiyyətinin sədri olmuşdur.