Hacıbəy Sultanov (Sultanov Hacıbəy Fərəculla oğlu; 20 sentyabr 1921, Bakı, Şağan – 2008, Bakı) — elmlər doktoru (1967), AEA-nın həqiqi üzvü (1972), Əməkdar elm və texnika xadimi, Şamaxı Astrofizika Rəsədxanasının fəxri direktoru.[1]
Hacıbəy Sultanov | |
---|---|
Sultanov Hacıbəy Fərəculla oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Şağan |
Vəfat tarixi | (86 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı | SSRİ, Azərbaycan |
Elm sahəsi | astronomiya |
İş yeri | |
Alma-mater | BDU-nun Fizika-riyaziyyat fakültəsi |
Təhsili | |
Mükafatları |
|
Hacıbəy Sultanov 1921-ci il sentyabrın 20-də Bakının Şağan kəndində anadan olmuşdur. 1942-ci ildə BDU-nun Fizika-riyaziyyat fakültəsini Astronomiya, göy mexanikası ixtisası üzrə bitirmişdir. 1951-ci ildə fəlsəfə doktorluğu, 1967-ci ildə elmlər doktorluğu dissertasiyasını müdafiə etmiş, 1972-ci ildə AEA-nın həqiqi üzvü seçilmişdir.[1][2]
Akademik Hacıbəy Sultanov 2008-ci ildə Bakıda vəfat etmişdir.[1]
1953-cü ildən Azərbaycan SSR EA Fizika-Riyaziyyat İnstitutunda astronomiya ekspedisiyasının rəisi (1953-1954), astrofizika şöbəsinin müdiri (1954- 1956), Azərbaycan SSR EA Astrofizika sektorunun rəhbəri (1956-1959), Şamaxı Astrofizika Rəsədxanasının direktoru (1959-1981), Azərbaycan SSR EA vitse-prezidenti (1976-1981) vəzifələrində çalışmışdır. Beynəlxalq Astronomiya İttifaqının (BAİ), Avropa Astronomiya Cəmiyyətinin üzvü olmuşdur.[1]
H.Sultanovun elmi fəaliyyəti astrofizika sahəsində müşahidələrin təşkili və təhlili ilə əlaqədardır. Mars və Yupiter planetlərinin orbitləri arasında yerləşən asteroidlərin mənşəyi ilə bağlı riyazi nəzəriyyənin müəlliflərindəndir. Aste- roidlər həlqəsinin Mars və Yupiterin arasında hərəkət edən bir neçə nisbətən böyük ilkin cisimlərin ardıcıl parçalanması nəticəsində əmələ gəldiyini əsaslandırmışdır.[1]
Şamaxı Astrofizika Rəsədxanasının təşkili, yaşayış və inzibati binaların, qurğuların tikintisinin başlanması, teleskop və başqa astronomik cihazların sifarişi, istifadəyə verilməsinə, eləcə də kadrların hazırlanmasına mühüm töhfə vermişdir. Teleskopların (xüsusən 2-metrlik reflektorun) alınıb quraşdırılması, elmi və yaşayış binalarının tikilib istifadəyə verilməsi, hazırlanmış elmi-texniki kadrların artıq rəsədxanada müstəqil fəaliyyətə başlamaları məhz onun rəhbərliyi altında yerinə yetirilmişdir.[1]
Hacıbəy Sultanovr respublikanın Əməkdar elm və texnika xadimi fəxri adına layiq görülmüşdür.[1]