Hacıkənd — Gəncə şəhər inzibati ərazi vahidində şəhər tipli qəsəbə.[2] Ərazisi 107 hektar, əhalisi 489 nəfərdir.[1]
Qəsəbə | |
Hacıkənd | |
---|---|
40°30′44″ şm. e. 46°20′06″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Region | Gəncə |
Başçı | Hüseynov Kərim |
Tarixi və coğrafiyası | |
Sahəsi | 1.070[1] |
Mərkəzin hündürlüyü | 1 259.2[K 1] |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 489[1] nəfər |
Rəsmi dili | Azərbaycan dili |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ 2523 |
Vikianbarda əlaqəli mediafayllar |
Qəsəbə dağətəyi ərazidə, meşə içərisində iqlim kurortudur. Yaşayış məntəqəsi 1870-ci ildə Hacı Mirqasım və onun qardaşlarının malikanəsi əsasında salınmışdır. Sonralar indiki Xanlar Şəhərində yaşamış alman kolonistləri burada tikinti-abadlıq işləri apararaq onu oz yaylaq-kurort məskənlərinə çevirmişdilər. Oykonim Hacı (Mirqasımın titulu) və kənd komponentlərindən düzəlib, "Hacının kəndi, Hacının mülkü" deməkdir.[3]