Gəncə bələdiyyələri — Gəncə şəhərində fəaliyyət göstərən bələdiyyələr.
Hal-hazırda Gəncədə 3 bələdiyyə fəaliyyət göstərir. Bunlarda 2-sinin sədri hakim Yeni Azərbaycan Partiyasının üzvü, 1-i isə bitərəfdir.
Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub.
Bələdiyyənin adı | Bələdiyyə sədri | Bələdiyyəyə daxil olan ərazi | ||
---|---|---|---|---|
Siyasi partiya | Adı və soyadı | |||
Hacıkənd bələdiyyəsi | Bitərəf | Vüqar Mehdiyev[1] | Hacıkənd qəsəbəsi; Göygöl qəsəbəsi | |
Kəpəz bələdiyyəsi | Yeni Azərbaycan Partiyası | Yaşar Abdullayev[2] | Cavadxan, Məhsəti, Natəvan, Sadıllı və Şıxzamanlı qəsəbələri, Gəncə şəhərinin 3 və 4 saylı sahə inzibati ərazi dairələrinin ərazisi | |
Nizami bələdiyyəsi | Yeni Azərbaycan Partiyası | Qoşqar Məmmədov[3] | Gəncə şəhərinin 1 və 2 saylı sahə inzibati ərazi dairələrinin ərazisi |