Hacılı camaatı

Bu məqalə Hacılı camaatı haqqındadır. Hacılının digər istifadələri üçün Hacılı səhifəsinə baxın.

Hacılı camaatıCavanşir elinin böyük qollarından biridir. XVIII yüzildə Yağləvənd oymağının Gecəgözlü, Seyidəhmədli qolları, elin digər oymağı Köçərlinin bir budağı olan Mahmudlunun birləşməsi nəticəsində yaranıb. Bu camaat Qarabağ xanlığının yaranmasında fəal iştirak edib.

XIX yüzildə Hacılı camaatına Gecəgözlü, Seyidəhmədli, Mahmudlu, Aybasanlı, Mirzəcamallı, Şıxılı, Comərdli və Sarılar obaları daxil idi.

XIX yüzilin ortasında Mahmudlu obasının yeni qolları meydana gəldi. Bunlar HüseynbəyliƏləsgərli obaları idilər. Aybasanlı obasından isə Qorqan şenliyi əmələ gəldi.

Hacılı camaatı Rus-İran savaşlarında fəal iştirak etmişdi. Bu camaatdan xeyli tanınmış şəxs çıxıb.