Mirzəcamallı (digər tarixi adları Türkman, Tərəkəmə) – Azərbaycan Respublikasının Füzuli rayonunun Mirzəcamallı kənd inzibati ərazi dairəsində kənd.[1]
Mirzəcamallı | |
---|---|
39°36′02″ şm. e. 47°12′10″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Mirzəcamallı obası Hacılı camaatına qatılan obalardan biri idi. XVIII yüzildə Türkman, XIX yüzildə Tərəkəmə adlanırdı. 1842-ci ildən bəri Qarabağ xanlığının baş vəziri Mirzə Camal bəy Məhəmmədxan bəy oğlu Hacılı-Cavanşirin adıyla bağlıdır.
1823-cü ilə aid mənbədə yazılır: Türkman obası, orda nökərlər, bağbanlar və çobanlardan ibarət 12 tüstü var. Burda 3 tüstü var ki, Mirzə Xanməmmədə məxsusdur.
1842-ci ildə Mirzəcamallı obasında 21 tüstü qərar tuturdu. 1849-cu ildə Mirzəcamallı obasında 35 tüstü yaşam sürürdü. 1863-cü ildə Mirzəcamallı obasında 34 tüstü köç-düşlə məşğul olurdu. 1873-cü ildə Mirzəcamallı obasında 41 tüstü vergi ödəyirdi. 1886-cı ildə Mirzəcamallı obasında 43 tüstü qeydə alınmışdı. Göstərdiyimiz tüstü saylarına bəy və ruhani ailələri daxil deyil.
9 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Fizuli aeropurtu buradadır.[2]
Köndələnçayın sahilində, dağətəyi ərazidədir.
Yaşayış məntəqəsi Qarabağ xanları nəslindən olan vəzir və tarixçi Mirzə Camal Cavanşirə (təqr. 1773–1853) məxsus ailələrin məskunlaşması nəticəsində yaranmış va onun adı ilə adlanmışdır.[3]
Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq olub.