Hacılar — Azərbaycanın Ağcabədi rayonunun Hacılar kəndinin mərkəzində yerləşən abidə. Təpənin diametri 120 metr və hündürlüyü 2,5 metr təşkil edir. Kənd yolu və həyətyanı sahələrin salınması təpənin dağılması ilə nəticələnmişdir. Təpənin şərq hissəsi 50 metr uzunluğa və 30 metr enə malik ərazidə tam şəkildə qazılmış və daşınmışdır. Ərazidən toplanılmış saxsı kolleksiyası Leylatəpə mədəniyyətinə aid edilir.[1]