Hacımurad Hacıyev (12 oktyabr 2000) — Azərbaycanı təmsil edən sərbəst güləşçi.[1]
Hacımurad Hacıyev | |||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|
Şəxsi məlumatlar | |||||||||||
Tam adı | Hacımurad Hacıyev | ||||||||||
Vətəndaşlığı |
Rusiya → Azərbaycan |
||||||||||
Doğum tarixi | 12 oktyabr 2000 (24 yaş) | ||||||||||
Boyu | 180 sm. (5 ft 6 in) | ||||||||||
İdman növü | Güləş | ||||||||||
Karyera illəri | 2016— | ||||||||||
Medallar
|
|||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Hacımurad Hacıyev birinci uğuruna 2016-cı ilin iyulunda İsveçdə yeniyetmələr arasında Avropa Çempionatını bürünc medalla başa vurmaqla imza atdı. Bir il sonra, 2017-ci ildə Hacımurad Hacıyev Bosniya və Herseqovinanın Sarayevo şəhərində yeniyetmələr arasında Avropa Çempionatının gümüş, Yunanıstanın Afina şəhərində yeniyetmələr arasında Dünya Çempionatının isə bürünc medalına sahib oldu.
2018-ci ildə Hacımurad Hacıyev Roma şəhərində gənclər arasında Avropa Çempionatını gümüş medalla başa vurdu, Trnava şəhərində gənclər arasında Dünya Çempionayının isə qalibi oldu. Həmin il Hacımurad Hacıyev həm də Budapeşt şəhərində Dünya Çempionatlarında debüt elədi və turniri 20-ci pillədə başa vurdu. Hacımurad Hacıyev 2019-cu il ərzində apreldə Rumıniyada Avropa Çempionatını beşinci pillədə başa vurdu, iyunda Belarusda Avropa Oyunlarının və avqustda Estoniyada gənclər arasında Dünya Çempionatının bürünc medallarına sahib oldu. Sentyabrda Hacımurad Hacıyev həm də Qazaxıstanda Dünya Çempionatını yeddinci pillədə başa vurdu.
Hacımurad Hacıyev 2020-ci ilin yanvarında İstanbul şəhərində Yaşar Doğunun xatirəsinə həsr olunan beynəlxalq turnirin bürünc medalına sahib oldu. 2021-ci ildə Hacımurad Hacıyev yanvarda Fransada Fransa Qran-Prisini bürünc medalla başa vurdu, martda isə Macarıstanda Avropa Olimpiya Təsnifat Turnirinin gümüş medalına sahib olaraq olimpiya lisenziyası əldə elədi. Olimpiadadan əvvəl Polşada Poland Open beynəlxalq turnirini bürünc medalla başa vuran Hacımurad Hacıyev iyunda məşq zamanı zədələndi. İyulun 20-də Azərbaycan Güləş Federasiyası zədələnən Hacımurad Hacıyevin əvəzinə olimpiada da Turan Bayramovun çıxış eləməsi üçün Beynəlxalq Olimpiya Komitəsinə müraciət elədi.[2] Həmin gün Beynəlxalq Olimpiya Komitəsində müraciətə baxıldı və Turan Bayramovun olimpiada da çıxış eləməsinə icazə verildi.[3] Bununla da olimpiya lisenziyasına Hacımurad Hacıyev sahib olsa da olimpiada da mübarizə apara bilmədi.
Zədədən sonra Hacımurad Hacıyev 2022-ci il ərzində İtaliyada Dr. Matteo Pellisonenin xatirəsinə həsr olunan beynəlxalq turniri bürünc medalla, İspaniyada U23 Dünya Çempionatını gümüş medalla başa vurdu. 2023-cü ilin fevralında isə Hacımurad Hacıyev Xorvatiyada Zagreb Open beynəlxalq turnirinin bürünc medalına sahib oldu.
Yeniyetmələrin Avropa Çempionatı | İsveç | |||
Yeniyetmələrin Avropa Çempionatı | Bos. və Herseqovina | |||
Yeniyetmələrin Dünya Çempionatı | Yunanıstan | |||
Gənclərin Avropa Çempionatı | İtaliya | |||
Gənclərin Dünya Çempionatı | Slovakiya | |||
Dünya Çempionatı | Macarıstan | |||
Avropa Çempionatı | Rumıniya | |||
Avropa Oyunları | Belarus | |||
Gənclərin Dünya Çempionatı | Estoniya | |||
Dünya Çempionatı | Qazaxıstan | |||
Yaşar Doğu Turniri | Türkiyə | |||
Avropa Çempionatı | İtaliya | |||
Fransa Qran-Prisi | Fransa | |||
Avropa Olimpiya Təsnifat Turniri | Macarıstan | |||
Poland Open | Polşa | |||
M. Pellison Turniri | İtaliya | |||
U23 Dünya Çempionatı | İspaniya | |||
Zagreb Open | Xorvatiya |