Hacınskinin evi (Ə.Cavad k.)

Hacınskinin evi — Əhməd Cavad (Vrangelskaya) 16 və Adil Babayev (Doktorskiy) 7 küçələrinin kəsişməsində yerləşən və 1895-1899-cu illərdə İohan Edelin layihəsi əsasında inşa edilmiş ev.[1] Mülkün sifarişçisi Bakı milyonçularından olan İsa bəy Hacınskidir. Hazırda binada Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yerləşir.[2]

Hacınskinin evi
Ölkə  Azərbaycan
Şəhər Bakı Bakı
Yerləşir Əhməd Cavad küçəsi 12
Memar İohan Edel
Sifarişçi İsa bəy Hacınski
Tikilmə tarixi 1895 - 1899
KateqoriyaBina
ƏhəmiyyətiÖlkə əhəmiyyətli
Hacınskinin evi (Bakı)
Hacınskinin evi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İsa bəy Hacınskinin sifarişi olan kimərtəbəli binanın layihəsi 21.03.1895-ci il tarixində təsdiq edilmişdir. Planda sahə П-şəkilli formadadır. İkisıra düzümlü, çoxotaqlı mənzillərin hamısında böyük zallar planlaşdırılmışdır. Baş pilləkən fasadın oxu üzərində həyətə keçidlə yanaşıdır. Əsas pilləkən qəfəsindən başqa, qalereyanın strukturuna ikimarşlı açıq üslublu pilləkən daxil edilib. Xidməti otaqların yerləşdiyi sağ qanada ensiz, birmarşlı, П-şəkilli pilləkən söykənmişdir. Həyət kifayət qədər böyükdür. Dəqiq simmetrik fasad klassik üsullar əsasında qurulmuşdur. Ciddi proporsional bölümlü baş girişin də daxil olduğu hakim ox sistemi fasadın mərkəzi oxu üzərində yer almışdır. İkinci mərtəbədə dorik orderdən olan mürəkkəbləşdirilmiş frontonlu portik yerləşdirilmişdir. Bu motiv yan rizalitlərin də üzərində təkrar olunur. Fasadın künc tərəfləri iri rustovka blokları ilə qabardılmışdır. Birinci mərtəbənin pəncərə gözləri sadə, incə vurğuludur, ikinci mərtəbədəki pəncərə yerləri isə haşiyə və sandriklərlə bloka alınmışdır. Qabarıq inkişaflı, attikli klassik karniz ajurlu metal şəbəkə ilə bir yerdə fasada müəyyən zəriflik əlavə edir.[3]

  1. Şamil Fətullayev. Bakının memarlıq ensiklopediyası (PDF). Bakı: Şərq-Qərb nəşriyyatı. 2013. səh. 231. ISBN 978-9952-32-020-6.
  2. "Xəritədə ünvan". dqdk.gov.az. 21 may 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 may 2020.
  3. Şamil Fətullayev. Bakı memarları XIX əsrin sonu - XX əsrin əvvəlində (PDF). Bakı: Şərq-Qərb nəşriyyatı. 2013. səh. 114-115. ISBN 975 9952-32-046-6.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]