Hacınskinin villası

Hacınskinin villasıMərdəkanda yerləşən, əvvəllər Hacınskiyə məxsus olmuş villa. Villa 1912-ci ildə tikilmişdir.

Hacınskinin villası
Ölkə  Azərbaycan
Şəhər Bakı Bakı
Yerləşir Mərdəkan
Tikilmə tarixi 1912
Hacınskinin villası (Azərbaycan)
Hacınskinin villası

Memarlıq xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Planlaşdırılması

[redaktə | mənbəni redaktə et]

Məşhur villaların sırasında 1912-ci ildə tikilən Hacınskinin villası da vardır. Hacı Zeynalabdin Tağıyevin villası, Əsədullayevin villasıAşurbəyovun villasından fərqli olaraq burada planlaşdırmanın xarakteri daha vahiddir və klassik olaraq kəskindir – bir kompozisiya-planlaşdırma xətti üstünlük təşkil edir[1].

Ərazinin enişli olması villanın ərazisində bir neçə verandanın quraşdırılmasını labüd etmişdir. Yuxarı hissədə modern çalarlı saxta roman memarlığının sarayı yerləşir. Saraydan - əsas həcmli-ərazi hissəsindən qərb istiqamətində bütün ərazini əhatə edən əsas xiyaban başlayır. Perpendikulyar xiyaban planlaşdırma kompozisiyasını şərtləndirir, xiyabanın kəsişməsində isə alçaq hovuz yerləşir. Aşağı verandadan əsas xiyabana doğru möhtəşəm mənzərə açılır. Parkın yaşıl fonunda sarayın plastik fasadı villanın yüksək relyefdə yerləşməsi ilə xüsusi cəlbedicilik yaradır[1].

Hacınski villasının memarlıq və planlaşdırma kompozisiyası Azərbaycanın XIX-XX əsr memarlığında mühüm mərhələdir. Planın xaçşəkilli sxemi məntiqi memarlığına görə fərqlənir və digər villaların planlaşdırılmasında estetik rol oynayır[1].

Zaman keçdikcə geniş villalar yerini xüsusi sahəsi olmayan, perspektivli, geniş su sahələri olmayan kameralı mülklər tutdu. Əgər baxılan villalar öz genişliyi ilə qeyd olunsalar da, onların planlaşdırma quruluşu təsvirinə görə fərqlənmirdi, düşünülmüş mövzunun bütün memarlıq imkanlarını açmağa kömək göstərmədi[1].

  1. 1 2 3 4 Ш.С.Фатуллаев, "Градостроительство Баку ХIХ – начала ХХ веков", Ленингра́д, "Стройиздат", 1978. ст.184