"Hacking to the Gate" (azərb. "Keçidi qırmaq") — 27 aprel 2011-ci ildə 5pb. və Frontier Works səsyazma studiyaları tərəfindən yayımlanmış sinql.
"Hacking to the Gate" | ||||
---|---|---|---|---|
| ||||
Kanako İto tərəfindən VECTOR albomunda ifa olunmuş sinql | ||||
B tərəfi | Reliance | |||
Yayımlanma tarixi | 27 aprel 2011 | |||
Format | sinql | |||
Janr | J-pop (anime mahnısı) | |||
Dil | yapon | |||
Müddət | 4:16 | |||
Bəstəkar | Çiyomaru Şikura | |||
Sözlərin müəllifi | Çiyomaru Şikura | |||
Leybl | 5pb. | |||
Studiya | Frontier Works / 5pb. | |||
Kanako İto sinqllarının xronologiyası | ||||
|
||||
Audio nümunəsi | ||||
|
Sinql "Steins;Gate" anime serialının bütün seriyaları boyunca açılış mahnısı kimi istifadə olunmuşdur. Mahnı Çiyomaru Şikura tərəfindən yazılmış və bəstələnmiş, İsoe Toşimiçi tərəfindən qaydaya salınmış və Kanako İto tərəfindən ifa olunmuşdur.[1]
Funimation Entertainment tərəfindən mahnının ingilis versiyası hazırlanmışdır.[1]