Hadi Rəcəbli və ya Hadi Rəcəbov (25 oktyabr 1947, Viravul, Lənkəran rayonu) — I–V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Əmək və Sosial Siyasət Komitəsinin sədri, Azərbaycanda ilk siyasi elmlər namizədi, siyasi elmlər doktoru, professor.
Hadi Rəcəbli | |
---|---|
1995 – 2020 | |
1983 – 1989 | |
1980 – 1981 | |
1972 – 1978 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 25 oktyabr 1947 (75 yaş) |
Doğum yeri | |
Partiya | |
|
|
Təltifləri |
Rəcəbli Hadi Musa oğlu 1947-ci il oktyabrın 25-də Lənkəran rayonunun Viravul kəndində anadan olmuşdur. Moskva Yeyinti Sənayesi İnstitutunun texnologiya fakültəsini və Bakı Ali Partiya məktəbini bitirmişdir. 1963-cü ildən Lənkəran çörək zavodunda fəhlə, mühasib, texnoloq, iqtisadçı işləmişdir. 1971-ci ildən Lənkəran Şəhər Komsomol Komitəsinin ikinci katibi, 1972-ci ildən birinci katibi, 1978-ci ildən "Bakinski raboçi" qəzetinin xüsusi müxbiri, 1980-ci ildən Lənkəran Şəhər İcraiyyə Komitəsinin sədri olmuşdur. 1981-ci ildən Azərbaycan KP MK-nın inspektoru, 1983-cü ildən Şəki Şəhər Partiya Komitəsinin birinci katibi, 1989–1995-ci illərdə Azərbaycan Respublikasının Nazirlər Kabinetində referent, aparıcı mütəxəssis, bölmə müdiri, şöbə müdirinin müavini, şöbə müdiri vəzifələrində çalışmışdır.
Ehtiyatda olan mayordur. 9 kitabın və 220-dən çox elmi-publisistik məqalənin müəllifidir. Azərbaycanda ilk siyasi elmlər namizədidir.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.
On birinci çağırış Azərbaycan SSR Ali Sovetinin, birinci, ikinci, üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
2015-ci il noyabrın 7-də 74 saylı Lənkəran kənd seçki dairəsindən deputat seçilmişdir.
Siyasi elmlər doktoru, professordur.
Evlidir, 4 övladı, 10 nəvəsi var. Bakı Slavyan Universitetinin sabiq rektoru Nurlana Əliyeva ilə qudadır.[1]
Media forum. Hadı Rəcəbli "Şöhrət" ordeni ilə təltif olunub. [ölü keçid]