Hadisə üfüqü (film, 1997)

Hadisə üfüqü (ing. Event Horizon) — 1997-ci ildə Pol V. S. Anderson tərəfindən çəkilmiş elmi fantastika qorxu filmi. Baş rollarda Lorens Fişborn, Sem Nill, Ketlin Kuinlan və Coeli Riçardson oynuyub.

Hadisə üfüqü
ing. Event Horizon
Janr elmi fantastika
qorxu filmi
Əsas mövzu fövqəltəbiilik, Cəhənnəm[3], soxulcan dəliyi, Kosmik uçuş[3]
Rejissor Pol V. S. Anderson
Prodüserlər

Lourens Qordon

Lloyd Levin
Ceremi Bolt
Ssenari müəllifi Filip Eysner
Baş rollarda Lorens Fişborn
Sem Nill[en]
Coeli Riçardson[en]
Ketlin Kuinlan
Operator Edrian Biddl
Bəstəkar Maykl Keymen
İstehsalçılar Paramount Pictures
Golar Productions
Impact Pictures
Distribütor Paramount Pictures
İlk baxış tarixi 15 avqust 1997 (ABŞ)
Müddət 96 dəqiqə
Büdcə 60 000 000 $[1]
Gəlir 42 000 000 $[2]
Ölkələr ABŞ ABŞ
Böyük Britaniya Böyük Britaniya
Dil ingilis
İl 1997
Rəng rəngli
Çəkiliş yeri İngiltərə
IMDb ID0119081

Filmin çətin istehsal tarixi var idi: Paramount Pictures-ın əsas layihəsi olan “Titanikin” planlaşdırıldığı vaxtda buraxılmayacağı məlum olanda, studiya tələbi ilə "Hadisə üfüqü" çəkilişləri və montaj işləri tələsik halda başa çatdırılmışdı.[4] Filmin ilkin 130 dəqiqəlik versiyası ciddi şəkildə düzəliş edilib, qısaldıranda, rejissorun narazılığına səbəb olmuşdu.[5][6]

Buraxıldıqdan sonra film həm kommersiya baxımından, həm də film tənqidçiləri arasında ümidləri doğrultmadı və 60 milyon dollarlıq büdcədən cəmi 42 milyon dollar gəlir əldə etdi. Ancaq sonradan videodaşıyıcı vasitəsiylə yaxşı satılmağa başladı; DVD versiyasının yayılması o qədər gəlirli idi ki, buraxıldıqdan bir müddət sonra Paramount silinmiş materialların bərpası işinə başlamaq üçün Andersonla[en] əlaqə saxladı.[7] Lakin məlum oldu ki, kadrlar ya itib, ya da məhv edilib.[8] O vaxtdan bəri film tədricən kult statusu qazandı[9], populyar mədəniyyətin digər əsərlərində ona istinadlar tez-tez rast gəlinir.

Məzmun[redaktə | mənbəni redaktə et]

Filmin süjeti 2047-ci ildə baş verir, itkin düşmüş və sonradan Neptunun orbitində peyda olan “Event Horizon” kosmik gəmisini astronavtlardan ibarət komandanın geri qaytarması və ekipajını xilasetmə missiyasının icrasından bəhs edir.

Xilasetmə qrupu gəmini tədqiq edərkən öyrənir ki, bu gəmi eksperimental yüksək texnologiyalı mühərrik üçün gizli sınaq meydançası olub və fəza-zaman kontinuumunda bir deşik yaradaraq məlum kainatı tərk edib, sonra geri qayıtmışdı, hansı ki nəticədə bəzi şər qüvvə tərəfindən ələ keçirilmişdi.

Rollarda[redaktə | mənbəni redaktə et]

Aktyor/Aktrisa Rol
Lorens Fişbörn kapitan Miller
Sem Nill doktor Vilyam Veyr
Ketlin Kuinlan leytenant Piters
Coeli Riçardson leytenant Stark
Ceyson Ayzeks kapitan-leytenant Di Cey
Riçard Timoti Cons leytenant Kuper
Cek Nouzuorti miçman Castin
Şon Pertvi leytenant Smit
Piter Marinker kapitan Con Kilpek
Holi Çant Kler Veyr
Noa Hantli Edmund Korrik, yanan adam
Barklay Rayt Denni Piters, Pitersin oğlu
Robert Cezek xilasedici

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Event Horizon (1997)". The Numbers. 29 October 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 August 2011.
  2. Klady, Leonard. "The Top 125". Variety. February 9, 1998. səh. 31.
  3. 1 2 Event Horizon (ing.). 1997.
  4. "Why Event Horizon Is Underrated (& Why It Bombed At The Box Office)". 2021-07-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-30.
  5. "Event Horizon and the Lost Director's Cut". 2021-07-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-30.
  6. "5 reasons to revisit Event Horizon 20 years later". 2021-07-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2022-04-30.
  7. "The 'Snyder cut' of horror: Will we finally see the original version of Event Horizon?". 2021-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-30.
  8. "Event Horizon's Deleted (& Missing) Footage Explained". 2021-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-30.
  9. "10 Best Space Horror Movies" (ingilis). Variety. 2020-08-14. 2021-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-07.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]