Hafiz Əkbərov

Hafiz Əkbərov — rejissor və rejissor assistenti.

Hafiz Əkbərov
Doğum tarixi (82 yaş)
Doğum yeri Xanlarkənd, Saatlı rayonu, Azərbaycan SSR, SSRİ
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Fəaliyyəti rejissor
IMDb ID5745758

Hafiz Əkbərov 1 noyabr 1941-ci ildə Azərbaycan Respublikasının Saatlı rayonunun Xanlarkənd kəndində anadan olmuşdur. 1958-ci ildə orta məktəbi bitirib. 1962-ci ildə İncəsənət İnstitutuna daxil olub, 1968-ci ildə həmin Ali məktəbi bitirib. İnstitutda oxuyarkən Badamdar qəsəbəsindəki Mədəniyyət Evində bədii rəhbər vəzifəsində işləyib.

1968-ci ildən 1993-cü ilə qədər C.Cabbarlı adına "AzərbaycanFilm" Kinostudiyasında əvvəlcə rejissor assistenti, sonra isə multiplikasiya filmləri rejissoru vəzifəsində çalışıb. 1972-ci ildə Moskva şəhərindəki "SoyuzMultfilm" kinostudiyasında təkmilləşmə keçib.

1979-1982 illərdə Multiplikasiya Birliyinin bədii rəhbəri vəzifəsində çalışıb.

1989-1991 illərdə AzərbaycanFilm kinostudiyasının nəzdində "Azərbaycan" kooperativi yaradıb və bu illər ərzində bir neçə reklam və sənədli filmlər çəkib.

  1. Cırtdanın yeni sərgüzəşti (film, 1973)
  2. Çaqqal oğlu çaqqal (film, 1972)
  3. Cücələrim (film, 1975)
  4. Daş (film, 1977)
  5. Dınqıl, sazım, dınqıl (film, 1976)
  6. Günlərin bir günündə... (film, 1975)
  7. Kirpi balası və alma (film, 1977)
  8. Meşəyə insan gəlir (film, 1980)
  9. Pıspısa xanım və Siçan bəy (film, 1974)
  10. Sehrli ağac (film, 1980)
  11. Şah və xidmətçi (film, 1976)
  12. Şahzadə-qara qızıl (film, 1974)
  13. Talada ev (film, 1986)
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 313-318.