Nabatkənd (əvvəlki adı: Xanlarkənd) — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Saatlı rayonunun Xanlarkənd kənd inzibati ərazi dairəsi tərkibindəki Xanlarkənd kəndi Nabatkənd kəndi adlandırılmış, Xanlarkənd kənd inzibati ərazi dairəsi Nabatkənd kənd inzibati ərazi dairəsi hesab edilmişdir.[2]
Nabatkənd | |
---|---|
39°52′54″ şm. e. 48°36′37″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ 4917[1] |
Əhalisinin sayı 1656 nəfərdir.[3]
Kənd Muğan düzündədir. Yaşayış məntəqəsi Böyük Vətən müharibəsindən sonrakı illərdə salınmışdır. Əvvəllər inqilabçı Xanlar Səfərəliyevin (1885-1907) adı ilə adlandırılmışdır. Memorial toponimdir.[4]
Kənddə "Zeynəbiyyə" məscidi dini icması fəaliyyət göstərir.[5]