Hafiz Heydərov

Hafiz Heydərov (tam adı: Heydərov Hafiz Qurban oğlu) — Azərbaycan jurnalisti.

Hafiz Heydərov
Heydərov Hafiz Qurban oğlu
Doğum tarixi (40 yaş)
Doğum yeri SSRİ, Azərbaycan SSR, Zaqatala, Aşağı Tala
Uşağı iki övladı var
Fəaliyyəti jurnalist

Həyatı[redaktə | mənbəni redaktə et]

11 iyun 1983-cü ildə Zaqatala rayonunun Aşağı Tala kəndində anadan olmuşdur. 1989-cu ildə Aşağı Tala kəndi 3 saylı məktəbdə I sinfinə gedib. 2000-ci ildə Aşağı Tala kəndi 1 saylı orta məktəbi bitirmişdir. 2001-ci ildə ali məktəbə daxil olub. 2006-cı ildə ali təhsilini başa vuraraq hərbi xidmətə yollanıb. Müdafiə Nazirliyinin Naxçıvan Muxtar Respublikasında yerləşən "N" saylı hərbi hissəsində həqiqi hərbi xidmət keçib və 2007-ci ildə hərbi xidməti başa vurub. 14 il Azəri-Press İnformasiya Agentliyində (APA) çalışıb. Hafiz Heydərov hazırda "Lent.az" saytının baş redaktorudur.[1]

Ailəlidir, iki övladı var.

Mükafatlar[redaktə | mənbəni redaktə et]

2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında" 2013-cü il 22 iyul tarixli, 3011 saylı Sərəncamı əsasında KİV əməkdaşları üçün inşa edilmiş binada mənzillə təmin olunub.[2]

2019-cu ildə "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub.[3]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. https://kulis.az/xeber/kulisaz/media/Lent.az-saytina-yeni-bas-redaktor-tyin-olundu-37092
  2. "Arxivlənmiş surət". 2020-06-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-06-03.
  3. "Arxivlənmiş surət". 2019-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-03.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

[1]