Aşağı Tala

Aşağı TalaAzərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd.

Aşağı Tala
41°36′12″ şm. e. 46°38′22″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Zaqatala rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 451 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 6.830 nəf. (1 yanvar 2012)
Rəsmi dili
Xəritəni göstər/gizlə
Aşağı Tala xəritədə
Aşağı Tala
Aşağı Tala

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Aşağı Tala kəndini rayon mərkəzindən Tala çayı ayırır.[1] Şimali-şərqdən Yuxarı Tala kəndi, qərb tərəfdən Tala çayı, cənubdan isə Əli Bayramlı kəndinin bəzi hissələri ilə həmsərhəddir.[1]

Kəndin ərazisi 3.327 hektardır.[1]

1 yanvar 2012-ci il tarixinə olan rəsmi təxminə əsasən əhalisi 6.830 nəfərdir, milli tərkibcə əsasən azərbaycanlılar ibarətdir.[1] Dini etiqadına görə kənd əhalisi müsəlmanlardan təşkil olunub.[1]

Aşağı Tala kəndi əhalisinin milli tərkibi
Etnik qrup Sayı, 1970 sa.[2] Nisbəti, 1970 sa.[2]
cəmi 3 842 100 %
azərbaycanlı 3 738 99. 9 %
ləzgi 0.0 %
saxur 0 0.0 %
rusukraynalı 5 0.1 %
avar 1 0.0 %
tatar 1 0.0 %
erməni 0 0.0 %

Kənd RİHB-nın ərazi İcra nümayəndəsi və Aşağı Tala Bələdiyyəsi tərəfindən idarə olunur.[1]

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Əhalinin əsas məşğuliyyəti əkinçilik, tütünçülük, baramaçılıq, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır.

Burada "Azərtütün" MMC-nin illik istehsal gücü 3500 ton olan, MDB-də ən müasir olduğu iddia edilən tütün emalı zavodı yerləşir.[3]

Kənddə üç orta məktəb, bir texniki peşə məktəbi, həkim məntəqəsi, mədəniyyət evi, uşaq bağçası, klub, 3 kitabxana, 2 məscid binası, 3 hücrə, futbol meydançası var.

Tarixi abidələri

[redaktə | mənbəni redaktə et]
  • Ömər Əfəndi ziyarətgahı.

Tanınmışları

[redaktə | mənbəni redaktə et]
  • Qurban Qurbanov — keçmiş azərbaycanlı futbolçu, məşqçi.
  • İlkin Qırtımov — azərbaycanlı futbolçu, Neftçi PFK nın müdafiəçisi.
  • Sevil Qazıyeva — Azərbaycan SSR-də ilk qadın mexanizator.
  • İsgəndər Dəmirbəyli — Qarabağ müharibəsidə qəhrəmancasına vuruşaraq şəhid olmuşdur
  • Bədəlov Valeh Vahid oğlu -Vətən Müharibəsi Qəhrəmanı
  1. 1 2 3 4 5 6 Zaqatala Rayon İcra Hakimiyyəti: İcra hakimiyyəti—>Bələdiyyələr—>Aşağ Tala bələdiyyəsi [ölü keçid]
  2. 1 2 Ethno-Caucasus, Этнодемография Кавказа: Закатальский район (перепись 1970 года) Arxivləşdirilib 2012-05-27 at the Wayback Machine
  3. "Xarici ölkələrin diplomatları "Qızılgüllər diyarı" Zaqataladan zəngin təəssüratlarla ayrılıblar". 2020-02-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-02-04.