Hakim Cəfərov — ({{DVTY}} şablonu boşdur) — Azərbaycanlı şəhid.
Hakim Cəfərov | |
---|---|
Cəfərov Hakim Əhməd Oğlu | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Quşçular (Goranboy) |
Vəfat tarixi | (31 yaşında) |
Vəfat yeri | Füzuli rayonu |
Vəfat səbəbi | Şəhid |
Dəfn yeri | Dəliməmmədli şəhər Şəhidlər Xiyabanı |
Dəfn tarixi | 19.01.1993 |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Hərbi hissə | 702 saylı hərbi hissə |
Xidmət illəri | 1992-1993 |
Rütbə | Əsgər |
Döyüşlər | Qarabağ müharibəsi |
Cəfərov Hakim Əhməd oğlu 22 iyun 1961-ci ildə Goranboy rayonunun Quşçular kəndində anadan olmuş, həmin kənddə orta məktəbi bitirdikdən sonra 1979-cu ildə həqiqi hərbi xidmətə çağırılmış 2 il Sverdlovskdə xidmət etdikdən sonra 1981-ci ildə geri qayıtmışdır. Hakim Cəfərov 1982-ildən Gəncə şəhəri Hava Limanının tərkibində fəaliyyət göstərən hərbi hissədə gizir rütbəsi ilə xidmət etməyə başlamışdır. O, 1984-cü ildə H.Zərdabi adına Gəncə Pedaqoji İnstitutunun Tarix fakültəsinin qiyabi şöbəsinə daxil olmuş , 1989-cu ildə həmin institutu bitirdikdən sonra 38 saylı texniki-peşə məktəbində tarix müəllimi vəzifəsində çalışmışdır.
Hakim Cəfərov 10 oktyabr 1992-ci ildə Kəpəz rayonu Hərbi Komissarlığı tərəfindən öz istəyi ilə cəbhəyə yollanmış, Füzuli rayonunda yerləşən 702 saylı hərbi hissənin tərkibində döyüşmüşdür. O, döyüş taktikası ilə əsgər yoldaşları arasında seçilmiş , ona tapşırılmış döyüş əməliyyatlarını ləyaqətlə yerinə yetirmişdir. Cəfərov Hakim Əhməd oğlu 15 yanvar 1993-cü ildə ağır döyüşlərin birində yaralanmış, Bakı şəhəri hərbi hospitalında müalicə olunsa da 18 yanvar 1993-cü ildə vəfat etmiş, 19 yanvar 1993-cü ildə Dəliməmmədli şəhər Şəhidlər Xiyabanında dəfn olunmuşdu. Şəhidin ruhuna hörmət əlaməti olaraq oxuduğu Quşçular kənd on illik orta məktəbi 1995-ci ildən etibarən Hakim Cəfərovun adını daşıyır[1].