Hakone Açıq Hava Muzeyi

Hakone Açıq Hava Muzeyi (箱根 彫刻の森美術館) — Yaponiyada açıq səma altında muzey. Muzey 1969-cu ildə Hakone şəhərində möhtəşəm Fuci dağının ətəyində açılmışdır və sakit, gözəl və təbii mühitdə heykəllərin dünya səviyyəli nümayişinə həsr olunub. Muzeyin fonunda möhtəşəm dağlar və Aşinoko gölü var.

Hakone Açıq Hava Muzeyi
箱根 彫刻の森美術館
Xəritə
Əsası qoyulub 6 sentyabr 1968[1]
Açılış tarixi 1 avqust 1969[2]
Ölkə
Direktor Hanae Mori[3]
35°14′40″ şm. e. 139°03′05″ ş. u.HGYO
hakone-oam.or.jp
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hakone Açıq Hava Muzeyi haqlı olaraq Yaponiyanın ən yaxşı muzeylərindən biri hesab olunur. Muzeyin parkı ailələr üçün sənətdən və təmiz havadan zövq alması üçün əla yerdir.

Ən təsir edici heykəllərdən biri Fransua-Ksavye və Klod Lalannın su ilə dolu hövzənin üzərinə qoyulmuş böyük bir qadın başının təsviri olan La Pleureuse — Ağlayan qadın əsəridir.[4]

Kolleksiyaları

[redaktə | mənbəni redaktə et]

Burada yapon və xarici rəssamların yaratdığı heykəllər və interaktiv sənət əsərləri kolleksiyası nümayiş etdirilir. Açıq havada qalereya kimi təşkil edilmiş geniş park ziyarətçilərin gəzintiləri üçün açıqdır.

Muzeydə 1000-dən çox əsər, o cümlədən Henri Mur, Pablo Pikasso, Taro Okamoto, Yasuo Mizui, Çuryo Sato, Susumu Şingu, Konstantin Brankusi, Barbara Hepvort, Rokuzan Oqivara, Kotaro Takamura və başqalarının əsərləri nümayiş edilir.[5] Pikassonun əsərlərinə həsr olunmuş bütöv bir qapalı qalereya var.

Burada XIX—XX-ci əsrlərə aid 120-dən çox sənət əsəri açıq havada nümayiş etdirilir.[6]

Muzeydə və parkında dünyanın hər yerindən məşhur rəssamların əsərləri sərgilənir, məsələn:

Dünyanın bir sənət muzeyi üçün bəlkə də ən gözəl məkanlardan biri olunan Hakone Açıq Hava Muzeyi müasir incəsənətə görünməmiş bir baxış təqdim edir.

Hakone Açıq Hava Muzeyinin ümumi sahəsi 70.000 m2-dən çoxdur. Burada qismən örtülü binalarda var.

Muzeyin parkı yaşıl qazonlarla, yapon və xarici rəssamların abstrakt heykəlləri ilə bəzədilib.

Hakone Açıq Hava Muzeyində həmçinin müxtəlif rəssamların bir neçə sərgi salonu, bəzi installyasiyalara baxan mağazalar və kafelər fəaliyyət göstərir. Muzey mağazalarında orijinal muzey əşyaları, suvenirlər, rəssamların aksesuarları və sənət kitabları satılır.

1984-cü ildə Pikassonun 188 əsərdən ibarət kolleksiyası muzeyə əlavə edilib. Pikasso pavilyonunda hazırda rəssamın 300 əsərindən ibarət kolleksiyası saxlanılır. Henry Murun[7] kolleksiyası 36 əsərdən ibarətdir və dünyanın ən böyük kolleksiyalarından biridir.

Qabriel Luarın "Simfonik Heykəl" əsəri xüsusi diqqəti cəlb edir. Vitrajdan hazırlanmış çoxmərtəbəli müşahidə qülləsi, spiral pilləkəni ziyarətçiləri zirvəyə aparır.

Muzeyin parkında ayaqlarara dincəlmək üşün isti sulu termal ayaq vannası fəaliyyət göstərir.

Uşaq dünyası

[redaktə | mənbəni redaktə et]

Muzey həmçinin uşaqlar üçün açıq havada interaktiv heykəllər təqdim edir. Uşaqların oynaya biləcəyi oyun meydançası, Ziq Zaq Dünyası da daxil olmaqla çoxsaylı məkanlar var. Uşaqlara uyğun sənət əsərləri də var ki, onlar üzərində, heykəllərin içərisində oynayaraq əylənə bilirlər.

Ən təsirli əsərlərdən biri Toşiko Horiuçinin "Şəbəkə meşələri" əsəridir. Metal komponentləri olmayan 589 taxta parçadan ibarət 528 kv.m-lik bir struktur. "Şəbəkə meşələri"-nin içərisində uşaqların oynaması və ya istirahət etməsi üçün cəngəllik idman zalı iplərindən ibarət böyük, rəngarəng şəbəkə var.

Muzey hər gün saat 9:00-dan 17:00-dək açıqdır.

  1. https://www.hakone-oamfoundation.jp/.
  2. https://www.tobunken.go.jp/materials/ny/1969/page/2.
  3. http://www.art-annual.jp/news-exhibition/news/2621/.
  4. "Arxivlənmiş surət". 2024-01-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-11.
  5. Greco, Joann. "A stroll through a forest of sculpture". St. Petersburg Times. 25 February 2001. 1 May 2001 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 January 2010.
  6. "About the Hakone Open-Air Museum – Hakone Travel Guide | Planetyze". Planetyze. 15 August 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 August 2017.
  7. "Arxivlənmiş surət". 2024-01-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-10.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]