Haloze (sloven. Haloze; BFƏ:ˈxaːlɔzɛ) — Sloveniyada coğrafi subregion. Haloze ölkənin şimal-şərqində, Aşağı Ştiriya bölgəsində yerləşir.
Haloze əsasən təpəlik relyefə malikdir və şərqdən qərbə doğru uzanır. Cənubdan Xorvatiya ilə, şimaldan isə Darvinya və Drava çaylarının hövzəsi ilə həmsərhəddir. Sahəsi 300 km² olan bu ərazidə təxminən 21 milyon əhali yaşayır. Haloze bölgəsində yeddi munisipalitet mövcuddur: Sirkulane, Qorişnisa, Mayşperk, Podlexnik, Videm, Zavrç və Jetale[1]. Regionun qərb qurtaracağı Makole yaxınlığında ensiz zolaq şəklində cənub-qərbdən şimal-şərqə doğru 40 km məsafədə uzanır. Halozenin qərb hissəsi sıx fıstıq və şam meşələri ilə örtülüdür. Şərq hissəsi isə hələ Roma imperiyası zamanından üzümçülük bölgəsi kimi tanınır.
Haloze regionunun geoloji quruluşu qonşu ərazilərin geoloji quruluşunda kəskin fərqlənir. Bölgənin torpaq örtüyü əsasən üçüncü dövrə aid dolomit əsaslı qumdaşlarından formalaşmışdır. Drava vadisinin cənubunda yerləşən Haloze təpəlikləri Pleystosen epoxasının ortalarında, qədim Pannonon dənizinin quruması zamanı qalxmağa başlamış və təxminən 600 000 milyon il əvvəl formalaşması bitmişdir. Geri çəkilən dənizin suları Dəmirqapı vasitəsilə Dunay çayına axmışdır. Bu ərazidə güclü eroziya prosesinə səbəb olmuşdur[2]. Ərzinin ən yüksək zirvəsi Elovisadır (623 m)[3].
Haloze Sloveniyanın yeddi şərabçılıq regionundan biridir. Şərabçılıq bu bölgəyə eramızdan əvvəl V əsrdə keltlər tərəfindən gətirilmiş, daha sonra romalılar tərəmindən inkişaf etdirilmişdir. Xristianlıq zamanında bu ənənə davam etdirilmişdir. Daha sonra slavyan tayfaları üzümçülük ənənələrini öyrənərək müasir zamana kimi qoruyub saxlamışdılar[4].
Haloze dialekti sloven dilinin pannon dialekt qrupuna daxildir[5].