Hamımız öldük (serial, 2022)
Hamımız öldük (ing. All of Us Are Dead , kor. 지금 우리 학교는 ) — Cənubi Koreya istehsalı, zombi mövzulu qorxu serialı. Serial Cu Donq-cunun Now at Our School (2009-2011) adlı webtoon-una (Cənubi Koreya istehsalı veb cizgi romanı) əsaslanır.[2] [3]
Hamımız öldük
ing. All of Us Are Dead
ko. 지금 우리 학교는
Janr
Qorxu, zombi
Əsaslanır
Now at Our School
Rejissor
Operator
Park Si-sunq
Yaradıcısı
Li Ce-ku
Çun Sanq-il
Kim Nam-su
Ssenarist
Çun Sunq-il
Rollarda
Park Ci-hu
Yun Çan-yunq
Çu Yi-hun
Park Soloman
Yu İn-su
Li Yu-mi
Kim Bunq-çul
Li Ku-hunq
Con Ba-su
Yaş reytinqi
18+
Bəstəkar
Mouq
Montajçı
Şin Min-kunq
İstehsalçı ölkə
Cənubi Koreya
İl
2022
Studiya
JTBC Studios[1]
Kim Jonq-hak Production
[1]
Dil
Koreya dili
İlk çıxış tarixi
28 oktyabr 2022
Növü
İnternet serialı
Rəng
Rəngli
Mövsüm sayı
1
Seriya sayı
12
Davametmə müddəti
53-72 dəqiqə
Format
4K (Ultra HD)
IMDb
ID14169960
netflix.com/az/title/812… Vikianbarda əlaqəli mediafayllar
Serial 28 yanvar 2022-ci ildə Netflix -də yayımlanmışdır.[4] [5]
Elmi araşdırma nəticəsində zombi virusu məktəbə yayılır. Zombilərlə dolu məktəbdə virusa yoluxmamış bir qrup şagird sağ qalmaq üçün mübarizə aparırlar. Ac və susuz qalan şagirdlər xilas olmaq üçün məktəbdə tapdıqları hər şeyi istifadə edirlər.
Park Ci-hu - Nam On-co rolunda. Çonq-sanın qonşusu və uşaqlıq dostudur. Atası yanğınsöndürən olduğu üçün sağ qalmaq üçün çoxlu məlumatlara sahibdir.
Yun Çan-yunq - Li Çonq-san rolunda. On-conun qonşusu və uşaqlıq dostudur. On-conu sevir və dostları üçün özünü fəda edəcək cəsarətə sahibdir.
Ço Yi-hun - Ço Nam-ra rolunda. Soyuqqanlı sinif nümayəndəsidir.
Park Soloman - Li Su-hok rolunda. "Bar-su" ləqəbli orduya qoşulmaq istəyən bacarıqlı döyüşçüdür.
Yu İn-su - Yun Qvi-nam rolunda. Digər şagirdlərə pis davranan şiddətə meyilli şagirddir.
Li Yu-mi - Li Na-yon rolunda. Lovğa və xüsusilə Qonq-suya yuxarıdan baxan, varlı və təkəbbürlü şagirddir.
İm Ca-huk - Yanq Da-su rolunda. Vu-cinin ən yaxın dostu və serialdakı ən gülməli roldur.
Netflix 12 aprel 2020-ci ildə mətbuat brifinqində etdiyi açıqlamada All of Us Are Dead adlı serialı istehsal edəcəyini dedi.[6] [7]
19 aprel 2020-ci ildə Yun Çan-yunqun serialdakı şagirdlərdən biri olacağı təsdiqləndi.[8] Park Ci-hu 22 apreldə əsas heyətə qatıldı.[9] 1 iyulda rəsmi olaraq Ço Yi-hun, Park Soloman və Yu İn-su heyətə qatıldı.[10] Rejissor Li Ca-ku aktyorları seçərkən "Akyorluğu mükəmməl bacaran amma xalq tərəfindən tanınmayan aktyorları seçməyin serialın davamlılığını artıracağını düşünürəm." dedi.[11]
Çəkilişlər Cənubi Koreyada COVID-19 pandemiyasının yenidən yayılması səbəbi ilə 2020-ci ilin avqust ayında müvəqqəti olaraq dayandırıldı.[12]
Serial Rotten Tomatoes -da müsbət rəylər almışdır (10/7). Metacritic -də isə 100 xaldan 67 almışdır.
IGN seriala 10 xaldan 7 verdi. Serialın "ağıllı, həyəcan verici və həmçinin bir az yorucu" olduğunu açıqladı.
↑ 1 2 "Arxivlənmiş surət" . 2022-01-23 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2022-02-13 .
↑ "Arxivlənmiş surət" . 2022-02-01 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2022-02-13 .
↑ "Arxivlənmiş surət" . 2022-02-01 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2022-02-13 .
↑ "Arxivlənmiş surət" . 2022-01-03 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2022-02-13 .
↑ "Arxivlənmiş surət" . 2020-11-12 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2022-02-13 .
↑ "Arxivlənmiş surət" . 2021-12-31 tarixində orijinalından arxivləşdirilib . İstifadə tarixi: 2022-02-13 .
↑ "Arxivlənmiş surət" . 2021-06-03 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2022-02-13 .
↑ "Arxivlənmiş surət" . 2021-06-03 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2022-02-13 .
↑ "Arxivlənmiş surət" . 2021-06-03 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2022-02-13 .
↑ "Arxivlənmiş surət" . 2021-06-02 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2022-02-13 .
↑ "Arxivlənmiş surət" . 2022-02-01 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2022-02-13 .
↑ "Arxivlənmiş surət" . 2021-09-16 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2022-02-13 .